
3 oktyabr bürcləri nə gözləyir? Məşhur astroloqdan proqnoz
3 oktyabr üçün bürclərin gündəlik proqnozları, maliyyə imkanları, münasibətlər, əhval və ümumi vəziyyətlə bağlı şərhlərlə tanış olmaq üçün Direktor.az-a abunə olun. Abunəçilər gündəlik astroloji mətnləri həm oxuya, həm də səsli dinləyə bilərlər. Maraqlı maarifləndirici məlumatlardan və digər faydalı məzmunlardan davamlı yararlanmaq üçün Direktor.az-ı izləyin.
QOÇ - İnsanlardan bu qədər gileyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafdakılarla ümumi dil tapmağa çalışın. Ali məqsədlərinizə çatmaqda əzmkar olun. Böyüklərin məsləhətini qulaqardına vurmayın.
BUĞA - Qarşınızda duran bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Sonrakı müddətdə neytrallığınızı qoruyun.
ƏKİZLƏR - İxtiyarınızda olan bu günü qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan xəbər verir. Tanrı hökmünə zidd hərəkətlər etməyin. Şəxsi büdcənizdə artım gözlənilir.
XƏRÇƏNG – Gün ərzində büdcənizdə irəliləyiş mümkün olsa da, qidadan zəhərlənmə ehtimalınız da var. Bir az diqqətli olun. Uzaq yola çıxmayın. Məhkəmə və sənədləşdirmə işlərində zaman xeyrinizə işləyəcək.
ŞİR - Astroloji təyinatlara görə, gün ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin.
QIZ - Qarşınızda adi bir gün durur. Yalnız gündəlik iş və bir qədər utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. "Hər şeyi bilən yalnız Allahdır" prinsipinə qarşı unutqanlıq etməyin. Bu gün səfərə çıxmayın.
TƏRƏZİ - Yaxşı olar ki, saat 12-yə qədər bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz daha çox boşa çıxa bilər. Sonrakı saatlarda isə ulduzlar şanslarınızı artıracaq. Uzaq səfərlər də səmərəlidir.
ƏQRƏB - Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Bu gün şəxsi işlərinizdə müsbət dönüşə nail olacaqsınız.
OXATAN - Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin, ələlxüsus axşam saatlarını. Doğma kəslərinizin yanında, əyalətlərimizdə dincəlməyə çalışın. Səhvlərinizi etiraf etməkdən çəkinməyin.
OĞLAQ – Ümumən uğurlu bir gün yaşayacaqsınız. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. Günün ikinci yarısı maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmayın.
SUTÖKƏN - Kosmik mənzərə səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə (xüsusən də əsəblərinizə) fikir verməlisiniz. Bunu bacardığınız təqdirdə qalan işləriniz qənaətbəxş olacaq. Büdcənizdə artım da gözlənilir.
BALIQLAR - Saat 11-14 aralığını nəzərə almasaq, bu təqvimi səmərəli şəkildə başa vuracaqsınız. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin