
35 modul məktəbi istifadəyə veriləcək
Ölkə miqyasında həyata keçirilən məktəb tikintisi və təhsil infrastrukturu ilə bağlı ən son rəsmi məlumatlar üçün direktor.az-a abunə olun. Yeni təhsil ocaqlarının istifadəyə verilməsi, modul məktəblər barədə yeniliklər üçün bizi izləyin.
2026–2027-ci tədris ilində Azərbaycanda 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır. Bu çərçivədə 35 modul məktəbin təhvil verilməsi planlaşdırılır, 11 məktəb isə artıq istifadəyə verilib.
Direktor.az Modern.az-a istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavininin sözlərinə görə, son illərdə ölkədə 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub.
Görülən işlər nəticəsində 1,3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

