Bu Məxfilik Siyasəti (bundan sonra — «Siyasət») DİREKTOR.AZ (bundan sonra — «biz», «Operator») tərəfindən https://www.direktor.az saytı, «İmtahan yarat» xidmətinin ayrıca ünvanı olan https://www.ksq.az (KSQ.AZ) saytı (birlikdə — «Sayt») və onlarla bağlı xidmətlər (WhatsApp köməkçisi, «İmtahan yarat», Məktəbşünaslıq Klubu, bildirişlər) vasitəsilə fərdi məlumatlarınızın hansı məqsədlə və necə emal edildiyini izah edir. Siyasət «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununa uyğun hazırlanıb və İstifadə Şərtlərinin ayrılmaz hissəsidir.
Biz yalnız Xidmətlərin göstərilməsi üçün lazım olan məlumatları toplayırıq, onları heç kimə satmırıq və bu Siyasətdə göstərilməyən məqsədlər üçün istifadə etmirik.
1. Bu Siyasət haqqında
Fərdi məlumatlarınızın operatoru (mülkiyyətçisi) DİREKTOR.AZ-dır. Əlaqə məlumatları 18-ci bölmədə verilib. Siyasət Saytın bütün istifadəçilərinə — qeydiyyatsız ziyarətçilərə, qeydiyyatlı istifadəçilərə, abunəçilərə, Klub üzvlərinə, müəllimlərə, koordinatorlara — şamil olunur.
Saytda hesab yaradaraq, ödəniş edərək, WhatsApp köməkçisinə yazaraq və ya Saytdan istifadə edərək siz fərdi məlumatlarınızın bu Siyasətdə göstərilən qaydada emalına razılıq verirsiniz. Ayrı-ayrı emal növləri (məsələn, marketinq mesajları, avtomatik yenilənmə) üçün ayrıca razılığınız tələb olunur və siz onu istənilən vaxt geri götürə bilərsiniz.
2. Hansı məlumatları toplayırıq
| Kateqoriya | Məlumatlar | Haradan gəlir |
|---|---|---|
| Hesab məlumatları | Ad və soyad, mobil telefon nömrəsi (+994), e-poçt ünvanı (varsa — 31 oktyabr 2026-dan qeydiyyatda soruşulmur), şifrənin kriptoqrafik heşi (şifrənin özü saxlanılmır), profil şəkli (istəyə bağlı), rol, hesabın yaradılma tarixi, dəvət edən koordinatorun kodu (varsa). | Qeydiyyat formasından və profilinizdən — sizdən. |
| Abunəlik və ödəniş | Tarif, tarif dövrü, başlama və bitmə tarixləri, avtomatik yenilənmə statusu; ödəniş sifarişləri (məbləğ, valyuta, tarix, status, ödəniş sisteminin əməliyyat nömrəsi və cavab kodları); razılıq verdiyiniz halda — kartın maskalanmış nömrəsi, bitmə tarixi və ödəniş sisteminin verdiyi texniki kart istinadı. Kartın tam nömrəsi və CVV kodu bizə heç vaxt çatmır. | Sizdən və ödəniş sistemindən (bankın cavabları). |
| İstifadə məlumatları | Açdığınız premium məqalələr (pulsuz həddin sayılması üçün), test və gündəlik viktorina nəticələri, seriyalar, səsli oxunuşda dayandığınız yer, məqalə baxışlarının ümumi sayı (şəxsə bağlı deyil). | Saytdan istifadəniz zamanı avtomatik. |
| Ünsiyyət | Saytdakı dəstək çatına yazdığınız mesajlar; WhatsApp köməkçisi ilə yazışmalarınız (mətn, göndərdiyiniz səsli mesajların yazıya çevrilmiş mətni, köməkçinin cavabları); bizə e-poçt və ya telefonla müraciətləriniz. | Sizdən. |
| «İmtahan yarat» | İmtahan başlığına yazdığınız məktəbin, müəllimin, direktorun adı, sinif; seçdiyiniz dərslik, fənn və mövzular; yaradılan imtahanlar və onlara etdiyiniz düzəlişlər; Balansın hərəkəti. | Sizdən və xidmətin işi zamanı. |
| Məktəbşünaslıq Klubu | Klub profili (ləqəb, vəzifə, region və digər profil məlumatları), Klubdakı yazışmalar və fayllar, səsvermə və sorğu cavabları, reputasiya, şikayətlər, Klub üzvlüyü və ödənişləri — ətraflı 9-cu bölmədə. | Sizdən, digər Klub üzvlərindən və Klubun işi zamanı. |
| Koordinator məlumatları | Koordinator kodu, linkin açılma sayı, tövsiyə etdiyiniz istifadəçilər və onların ödənişləri üzrə hesablanmış mükafatlar, ödəmə rekvizitləriniz (kart nömrəsi, IBAN və s. — yalnız koordinatorlar üçün). | Sizdən və Operatorla razılaşmadan. |
| Texniki məlumatlar | IP ünvan, brauzer və cihaz növü, sessiya identifikatoru, giriş tarixi, Sayta daxil olduğunuz keçid (tövsiyə linki daxil olmaqla), qeydiyyatdan keçdiyiniz sayt (DİREKTOR.AZ və ya KSQ.AZ), xəta qeydləri. | Cihazınızdan avtomatik; hosting təchizatçılarının jurnallarında. |
| Satış qeydləri | Satış əməkdaşlarımızın sizinlə əlaqəsi barədə qeydlər: status, zəng və ya mesaj tarixi, yenidən əlaqə tarixi, qeydlər (bax: 6-cı bölmə). | Əməkdaşlarımızdan. |
Biz sizdən xüsusi kateqoriyalı (həssas) məlumatlar — sağlamlıq, dini və siyasi baxışlar və s. — tələb etmirik və onları toplamaq niyyətində deyilik. Belə məlumatları şərhlərdə, Klubda və ya WhatsApp köməkçisinə yazmamağınızı xahiş edirik.
3. Məlumatların mənbələri
- Siz özünüz — qeydiyyat, profil, ödəniş, şərhlər, dəstək çatı, WhatsApp mesajları, «İmtahan yarat» formaları, Klubda yazdıqlarınız və paylaşdığınız fayllar.
- Cihazınız və brauzeriniz — Saytla qarşılıqlı əlaqə zamanı avtomatik ötürülən texniki məlumatlar və cookie-lər.
- Ödəniş sistemi (Epoint) — ödənişinizin nəticəsi, əməliyyat nömrəsi, kartın maskalanmış nömrəsi və (razılıq verdiyiniz halda) kart istinadı.
- WhatsApp — bizim nömrəmizə göndərdiyiniz mesajlar və mesajların çatdırılma statusları.
- Koordinatorlar — yalnız hansı koordinatorun linki ilə gəldiyiniz faktı.
- Digər Klub üzvləri — Klubda sizə yazdıqları mesajlar, sizin barənizdə etdikləri şikayətlər, cavablarınıza verdikləri səslər.
4. Məqsədlər və hüquqi əsaslar
| Məqsəd | İstifadə olunan məlumatlar | Hüquqi əsas |
|---|---|---|
| Hesabın yaradılması, girişin təmin edilməsi və hesabın qorunması | Hesab məlumatları, texniki məlumatlar | Müqavilənin (İstifadə Şərtlərinin) icrası |
| Abunəliyin satışı, aktivləşdirilməsi, uzadılması və ödənişlərin yoxlanılması | Abunəlik və ödəniş məlumatları | Müqavilənin icrası; mühasibat və vergi qanunvericiliyi üzrə öhdəliklər |
| Avtomatik yenilənmə — kartın saxlanılması və növbəti dövrün haqqının tutulması | Kart istinadı, maskalanmış nömrə, bitmə tarixi, abunəlik məlumatları | Sizin açıq razılığınız (ödəniş düyməsinin üstündəki bildiriş); istənilən vaxt geri götürülə bilər |
| Pulsuz həddin, testlərin, viktorinanın və dinləmə irəliləyişinin işləməsi | İstifadə məlumatları | Müqavilənin icrası |
| Abunəlik, ödəniş və yenilənmə barədə bildirişlər (WhatsApp) | Telefon nömrəsi, abunəlik məlumatları | Müqavilənin icrası |
| Yeni məqalələr barədə xəbərlər, bitmiş abunəliyin xatırladılması, satış əməkdaşlarımızın əlaqəsi | Ad, telefon nömrəsi, abunəlik tarixçəsi | Razılığınız və Operatorun qanuni marağı; istənilən vaxt imtina edə bilərsiniz (bax: 6-cı bölmə) |
| WhatsApp köməkçisinin cavab verməsi və yazışmanın davamlılığı | Mesajlarınız, yazıya çevrilmiş səsli mesajlar, söhbətin xülasəsi və sizin bildirdiyiniz faktlar | Müqavilənin icrası (abunəçi funksiyası) |
| «İmtahan yarat» xidmətinin göstərilməsi və Balansın aparılması | «İmtahan yarat» məlumatları, ödəniş məlumatları | Müqavilənin icrası |
| Məktəbşünaslıq Klubunun işləməsi: üzvlük, profil, söhbətlər, forum, fayllar, bildirişlər, Məktəbşünasın cavabları | Klub məlumatları (bax: 9-cu bölmə) | Müqavilənin icrası (Klub üzvlüyü) |
| Klubda moderasiya və təhlükəsizlik: şikayətlərə baxış, faylların yoxlanılması, açıq yerlərdə avtomatik işarələmə | Klub məlumatları, texniki məlumatlar | Operatorun qanuni marağı |
| Klubda anonim sorğular və brauzer bildirişləri | Anonim sorğu cavabları, cihazın push abunəliyi | Razılığınız (iştirak və bildiriş icazəsi könüllüdür) |
| Koordinator proqramının aparılması və mükafatların ödənilməsi | Koordinator məlumatları, tövsiyə edilən istifadəçilərin ödəniş faktları | Koordinatorla müqavilə; Operatorun qanuni marağı |
| Təhlükəsizlik, sui-istifadənin və saxtakarlığın qarşısının alınması, xətaların aradan qaldırılması | Texniki məlumatlar, ödəniş jurnalları | Operatorun qanuni marağı |
| Dövlət orqanlarının qanuni tələblərinə cavab verilməsi | Tələb olunan həcmdə | Qanunla müəyyən edilmiş öhdəlik |
5. Ödəniş və kart məlumatları
Kart ödənişləri Epoint («Global Innovations» MMC, Azərbaycan Respublikası Mərkəzi Bankının ÖT-002 nömrəli ödəniş təşkilatı lisenziyası) tərəfindən emal olunur. Kart məlumatlarını siz birbaşa ödəniş sisteminin qorunan səhifəsində daxil edirsiniz; kartın tam nömrəsi, bitmə tarixi və CVV kodu Operatorun serverlərinə ötürülmür. Bizə ödənişin nəticəsi, əməliyyat nömrəsi, məbləğ, bankın cavab kodu və kartın maskalanmış nömrəsi (məsələn, 4169 74•• •••• 5555) çatır.
Avtomatik yenilənmə üçün kartın saxlanılması. Ödəniş zamanı avtomatik yenilənmə bildirişini görərək ödənişi tamamladıqda ödəniş sistemi kartınızı öz tərəfində saxlayır və bizə yalnız texniki istinad (token) verir. Bu istinad yalnız sizin abunəliyinizin yenilənməsi üçün istifadə edilə bilər və sizin razılıq verdiyiniz tarixlə birlikdə saxlanılır. Profilinizdən kartı sildikdə istinad bizim sistemimizdən silinir və gələcək tutulmalar dayanır.
Klub üzvlüyü üçün kart. Məktəbşünaslıq Klubunun üzvlüyünün avtomatik yenilənməsi üçün kart yalnız Epoint ilə edilən ödənişdə, eyni razılıq qaydası ilə ayrıca saxlanılır və yalnız Klub üzvlüyünün yenilənməsi üçün istifadə olunur. Premium üçün saxlanılan kart Klub üçün, Klub üçün saxlanılan kart isə Premium üçün istifadə edilmir; birini silmək digərinə təsir etmir. Klub kartını Klubdakı «Klub abunəliyi» bölməsində silə bilərsiniz.
Ödəniş sistemindən bizə gələn hər bildiriş imzası yoxlanıldıqdan sonra qeydə alınır; bu qeydlər «mən ödədim, amma…» kimi müraciətlərin araşdırılması və mühasibat üçün saxlanılır. Ödəniş jurnallarında kart istinadları gizlədilir.
6. Bildirişlər, marketinq və satış əlaqələri
Xidmət bildirişləri. Abunəliyinizin aktivləşməsi, bitməyə yaxınlaşması, avtomatik yenilənmənin nəticəsi, ödənişlə bağlı problemlər və koordinator mükafatları barədə mesajlar WhatsApp vasitəsilə qeydiyyat nömrənizə göndərilir. Bu mesajlar Xidmətin bir hissəsidir və hesabınız olduğu müddətdə göndərilir. Məktəbşünaslıq Klubunun xidmət bildirişlərindən WhatsApp vasitəsilə yalnız Klub üzvlüyünün avtomatik yenilənməsi və onun dayandırılması barədə mesajlar göndərilir; Klubun digər bildirişləri Saytda və brauzer bildirişləri ilə çatdırılır (bax: 9-cu bölmə).
Xəbərlər və xatırlatmalar. Yeni məqalələr barədə məlumat, abunəliyi və ya Klub üzvlüyü bitmiş istifadəçilərə davam etmək təklifi və bayram kampaniyaları da WhatsApp ilə göndərilə bilər. Bu mesajlar məhdud tezlikdə göndərilir.
Satış əməkdaşlarımız. Qeydiyyatdan keçmiş, lakin abunə olmamış, habelə abunəliyi bitmiş istifadəçilərlə satış əməkdaşlarımız telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilər. Əlaqə barədə qeydlər (status, tarix, yenidən əlaqə tarixi, qısa şərh) sistemimizdə saxlanılır və yalnız satış komandasına və Operatora görünür.
7. WhatsApp köməkçisi («Aysel») və süni intellekt
Abunəçilər bizim WhatsApp nömrəmizə yazaraq süni intellekt əsaslı köməkçidən istifadə edə bilərlər. Köməkçi Saytın məqalələri əsasında cavab verir. Yazışmanın işləməsi üçün aşağıdakılar emal olunur:
- göndərdiyiniz mətn mesajları və köməkçinin cavabları — hesabınıza bağlı yazışma tarixçəsində saxlanılır;
- səsli mesajlarınız — yazıya çevrilir; yazı saxlanılır, səs faylının özü saxlanılmır;
- köməkçinin səsli cavabları — ən çoxu 7 gün saxlanılır və sonra avtomatik silinir;
- söhbətin qısa xülasəsi və yalnız sizin özünüz barədə bildirdiyiniz faktlar (vəzifə, məktəbin növü, region, sinfin böyüklüyü kimi) — növbəti cavabların uyğun olması üçün; heç nə nəticə çıxarma yolu ilə əlavə edilmir;
- texniki göstəricilər (cavab müddəti, istifadə olunan model, xərc).
Cavabların hazırlanması üçün mesajlarınız süni intellekt təchizatçılarına (10-cu bölmədə göstərilir) ötürülür; müqavilələrimizə görə onlar bu məlumatları öz modellərinin öyrədilməsi üçün istifadə etmirlər. Operatorun səlahiyyətli əməkdaşları keyfiyyətin yoxlanılması və problemlərin həlli üçün yazışmaları oxuya və sizin barənizdə saxlanılan faktları düzəldə və ya silə bilər. Köməkçini istənilən vaxt dayandıra, yazışma tarixçənizin və ya haqqınızdakı faktların silinməsini xahiş edə bilərsiniz.
Köməkçiyə başqa şəxslərin fərdi məlumatlarını (şagirdlərin, valideynlərin, əməkdaşların adlarını və s.) göndərməməyinizi xahiş edirik. Məktəbşünaslıq Klubundakı Aysel funksiyaları 9-cu bölmədə izah olunur.
8. «İmtahan yarat» məlumatları
İmtahan başlığında göstərdiyiniz məktəbin, müəllimin və direktorun adı, sinif və tarix yalnız sizin yaratdığınız imtahan sənədində çap olunmaq üçün saxlanılır və hesabınızda növbəti imtahanlar üçün yadda saxlanılır. Seçdiyiniz dərslik, fənn və mövzular süni intellekt təchizatçısına sualların hazırlanması üçün ötürülür; imtahan hazırlanarkən şagirdlərinizə aid heç bir məlumat tələb edilmir və emal olunmur (onlayn imtahan üçün — aşağıya bax).
Onlayn imtahan. Müəllim öz imtahanlarının suallarından onlayn imtahan linki yaradanda bu linklə imtahan verən şagird yalnız adını və soyadını və nəticənin göndəriləcəyi WhatsApp nömrəsini (şagirdin və ya valideyninin) daxil edir; şagird üçün hesab yaradılmır. Şagirdin cavabları, başlama və bitirmə vaxtı və səhifədən neçə dəfə çıxdığı saxlanılır. Bu məlumatları yalnız həmin imtahanı yaradan müəllim görür; şagird öz nəticəsini yalnız ona göndərilən şəxsi linklə açır. Müəllimə bal təklif etmək üçün şagirdin yazılı cavabının mətni tapşırıqla birlikdə süni intellekt xidmətinə (Anthropic) göndərilə bilər: şagirdin daxil etdiyi ad və nömrə göndərilmir, mətn modelin öyrədilməsi üçün istifadə olunmur, balı isə hər zaman müəllim təsdiqləyir. Nömrə yalnız həmin imtahanın nəticəsini WhatsApp ilə göndərmək üçün istifadə olunur — reklam, kampaniya və ya başqa mesajlar üçün heç vaxt istifadə olunmur. Bu məlumatlar link bağlandıqdan 365 gün sonra avtomatik silinir; müəllim onları istənilən vaxt daha tez silə bilər. Şagirdləri (azyaşlı şagirdlər üçün valideynləri) onlayn imtahan, nəticənin WhatsApp ilə göndərilməsi və yazılı cavablara süni intellektin bal təklif etməsi barədə məlumatlandırmaq linki paylaşan müəllimin vəzifəsidir.
Yaradılan imtahanlar və Balansınızın hərəkəti (artırmalar, pulsuz suallar, xərclənmiş suallar) hesabınızda saxlanılır. Yoxlama məqsədilə Operator yaradılan imtahanların keyfiyyətinə baxa bilər.
9. Məktəbşünaslıq Klubu
Bu bölmə ödənişli Məktəbşünaslıq Klubunda (bundan sonra — «Klub») emal olunan məlumatları izah edir; Klubun qaydaları İstifadə Şərtlərinin 11-ci bölməsində verilir. Məktəbşünas — Klubda Operatorun adından üzvlərə cavab verən Saytın rəhbəridir. Klub məlumatları Klub üzvlüyünün təmin edilməsi (müqavilənin icrası) üçün, moderasiya və təhlükəsizlik məqsədilə Operatorun qanuni marağı əsasında, anonim sorğularda iştirak və brauzer bildirişləri üçün isə sizin razılığınızla emal olunur.
| Məlumatlar | Nə daxildir |
|---|---|
| Klub profili | Ləqəb (@ləqəb) və onun dəyişmə tarixçəsi; həqiqi adınızı göstərib-göstərməmək seçiminiz (ad Sayt hesabınızdan götürülür); vəzifə, region, məktəbin növü və böyüklüyü, iş təcrübəsi, fənlər və mütəxəssislik sahələri, özünüz haqqında qısa mətn, profil şəkli; «Təsdiqlənmiş» nişanı üçün müraciətiniz; məxfilik və bildiriş seçimləriniz; Klubun qaydalarını qəbul etdiyiniz tarix. |
| Yazışmalar | Otaqlarda, qruplarda, şəxsi söhbətlərdə və Məktəbşünas xəttində yazdığınız mesajlar və onların redaktədən əvvəlki mətni, səsli mesajlar, reaksiyalar, səsvermədəki seçimləriniz, ulduzladığınız və özünüz üçün gizlətdiyiniz mesajlar; forum sualları və cavabları, «Faydalıdır» səsləri, izlədiyiniz mövzular. |
| Fayllar | Paylaşdığınız şəkil, video, səs və sənədlər, onların adı, ölçüsü, yoxlama nəticəsi, önizləməsi və axtarış üçün çıxarılmış mətni; endirmə və yadda saxlama sayları. |
| Fəallıq | Mesajların çatdırılma və oxunma qeydləri, sonuncu dəfə onlayn olduğunuz vaxt, reputasiya xalları və onların səbəbi (məsələn, cavabınızın faydalı sayılması), nişanlar, reytinqdəki yeriniz, «Ayın üzvü» namizədliyi və sertifikatlar. |
| Üzvlük və ödənişlər | Üzvlüyün başlama və bitmə tarixi, tarif dövrü, təsisçi nömrəsi, avtomatik yenilənmə statusu, Klub ödəniş sifarişləri; razılıq verdiyiniz halda — Klub üçün saxlanılan kartın maskalanmış nömrəsi, bitmə tarixi, texniki istinadı və razılıq tarixi. |
| Moderasiya | Sizin etdiyiniz və sizin barənizdə edilmiş şikayətlər, xəbərdarlıqlar, susdurma, dayandırma və Klubdan çıxarılma qərarları, şəxsi söhbətə şikayət əsasında baxışların jurnalı. |
| Bildirişlər | Klub bildirişləriniz; brauzerdə icazə verdiyiniz cihazların push abunəliyi (push xidmətinin ünvanı, şifrələmə açarları, brauzer və cihaz növü). |
Kim nəyi görür. Klubda məlumatlarınızı görənlər:
| Nə | Kim görür |
|---|---|
| Ləqəb, vəzifə, profil şəkli, özünüz haqqında mətn, fənlər və mütəxəssislik, nişanlar, reputasiya və reytinq, təsisçi nömrəsi, üzvlük tarixi | Bütün Klub üzvləri (üzvlər kataloqunda və reytinq lövhələrində də) |
| Həqiqi adınız | Üzvlər — yalnız siz göstərməyi seçdikdə; Məktəbşünas və Saytın inzibatçıları — həmişə |
| Region və məktəbin növü | Üzvlər — sizin seçiminizə görə (standart olaraq göstərilir); Məktəbşünas və Saytın inzibatçıları — həmişə |
| Məktəbin böyüklüyü və iş təcrübəsi | Üzvlərə göstərilmir; anonim sorğu nəticələrinin qruplaşdırılması üçün istifadə olunur; Məktəbşünas və Saytın inzibatçıları görür |
| Sonuncu dəfə onlayn olduğunuz vaxt və oxunma qeydləri | Sizin seçiminizə görə (standart olaraq açıqdır); oxunma qeydlərini söndürsəniz, başqalarınınkını da görmürsünüz; yazma göstəricisi və onlayn olmağınız saxlanılmır |
| Otaqlar, forum və Məktəbşünas kanalı | Bütün üzvlər; Saytın inzibatçıları moderasiya edir |
| Qruplar | Yalnız qrup üzvləri — qrupa qoşulduqları andan sonrakı mesajları; Operator — yalnız şikayət əsasında (aşağıya bax) |
| Şəxsi söhbətlər | Yalnız iki iştirakçı; Operator — yalnız şikayət əsasında |
| Məktəbşünas xətti | Siz və Məktəbşünas; mesajlarınızın çıxarışı onun WhatsApp nömrəsinə göndərilir (aşağıya bax) |
| Fayllar | Paylaşıldığı söhbətin və ya forumun iştirakçıları |
| Anonim forum sualının müəllifi | Üzvlər «Anonim üzv» görür; Məktəbşünas və Saytın inzibatçıları kimin soruşduğunu görür |
| Anonim səsvermədə seçiminiz | Heç kim; seçim yalnız hər üzvün bir dəfə səs verməsi üçün hesabınızla qeyd olunur (adlı səsvermədə kimin nəyi seçdiyi iştirakçılara görünür) |
| Anonim sorğu («Həmkarlar necə edir?») cavablarınız | Heç kim, Saytın inzibatçıları da; yalnız ümumi nəticələr göstərilir (aşağıya bax) |
| Sertifikat | Siz; ictimai yoxlama səhifəsi (sertifikatın nömrəsi, adı, üzərindəki ad və tarix) — yalnız siz icazə verdikdə hamıya |
| Klubun ictimai tanıtım səhifəsi | Hamı, qeydiyyatsız da: ümumi saylar və Məktəbşünasın seçdiyi forum suallarının başlığı və qısa çıxarışı — müəllifin adı olmadan; adlı sual yalnız müəllifinin razılığı ilə |
Üzvlər kataloqunda yalnız aktiv üzvlər göstərilir; sizi ləqəbinizlə, adınızı göstərirsinizsə adınızla da tapmaq olar. Şəxsi söhbət sorğu ilə başlayır; sizə kimin yaza biləcəyini (hamı, yalnız təsdiqlənmiş üzvlər, heç kim) və kimi blokladığınızı özünüz seçirsiniz. Qrupa sonradan qoşulan üzv ondan əvvəlki yazışmanı görmür.
Şəxsi söhbətlərin məxfiliyi. Qrupları və şəxsi söhbətləri yalnız onların iştirakçıları, Məktəbşünas xəttini isə yalnız siz və Məktəbşünas oxuyur; Saytın inzibatçıları onların məzmununu görmür, yalnız texniki məlumatları (məsələn, iştirakçıların və faylların sayını) görə bilər. Belə söhbətdəki mesaj barədə şikayət edildikdə yalnız Məktəbşünas şikayət olunan mesajı və onun ətrafındakı mesajları, yalnız şikayətçinin şikayət anınadək görə bildiyi hissədən və yalnız şikayətdən sonra 30 gün ərzində aça bilər; şikayət tədbir görülmədən bağlandıqda giriş dərhal bitir. Hər açılış — kim, nə vaxt, söhbətin hansı hissəsi — jurnalda qeyd olunur. Şəxsi söhbətlərin mətni süni intellektin moderasiya köməkçisinə verilmir və Klubun ümumi axtarış indeksinə düşmür; orada yalnız avtomatik təhlükəsizlik tədbiri — faylların yoxlanılması — işləyir.
Məktəbşünas xətti və WhatsApp. Məktəbşünas xəttinə yazdığınız mesaj barədə bildiriş Saytın WhatsApp nömrəsindən Məktəbşünasın Klub parametrlərində göstərilmiş öz WhatsApp nömrəsinə göndərilir. Bildirişdə ləqəbiniz, adınız, vəzifəniz və regionunuz, ilk mesajınızın əvvəlindən çıxarış, əlavə mesajların və faylların sayı olur; faylların özü göndərilmir. Bildiriş WhatsApp vasitəsilə ötürülür (bax: 10-cu bölmə) və Məktəbşünasın telefonundakı WhatsApp yazışmasında qalır; Saytın göndərilmiş WhatsApp mesajları jurnalında onun mətni göndərilən kimi silinir, yalnız texniki qeyd (vaxt və çatdırılma) qalır, və bu jurnalda Saytın inzibatçılarına göstərilmir. Məktəbşünas WhatsApp-dan cavab verə bilər — mətn, səsli mesaj, şəkil və ya sənədlə; cavab xəttinizə «Məktəbşünas» adı ilə düşür, onunla gələn fayllar isə digər fayllar kimi yoxlanılır. Məktəbşünas xəttdəki sualınızı və öz cavabını anonim forum yazısına çevirməyi təklif edə bilər; bu, yalnız siz razılıq verdikdə edilir.
Fayllar. Paylaşdığınız fayl birbaşa Cloudflare R2 yaddaşına (bax: 10-cu bölmə) yüklənir və yoxlanılana qədər heç kimə göstərilmir. Fayl Operatorun Railway-də işləyən öz yoxlama xidmətində yoxlanılır: faylın həqiqi növü, zərərli proqramlar (antivirus), makroslar, skriptlər və kənar keçidlər. Bu xidmətin verilənlər bazasına, ödəniş və süni intellekt açarlarına çıxışı yoxdur və o, yalnız daxili şəbəkədə işləyir. Yoxlamadan sonra şəkil, video və səs faylları yenidən kodlaşdırılır və onların içindəki əlavə məlumatlar, o cümlədən yer (GPS) məlumatı silinir; PDF faylların sənəd məlumatları (müəllif və s.), Word, Excel və PowerPoint (docx, xlsx, pptx) faylların isə müəllif, son redaktə edən, şirkət və bu kimi məlumatları silinir. Sənəddəki şərhlər və düzəlişlərin izi silinmir — bu barədə sizə xəbər verilir; köhnə formatlı (doc, xls, ppt) sənədlər yükləndiyi kimi saxlanılır. Faylda nəyin silindiyi və ya tapıldığı sizə göstərilir. Rədd edilmiş faylın məzmunu silinir; zərərli proqram aşkarlandıqda Operatora bildiriş göndərilir. Fayllar yalnız onları görmək hüququ olan üzvlərə, Saytın deyil, R2-nin öz domenindən, qısamüddətli keçidlərlə verilir; sənədlər həmişə yüklənən fayl kimi açılır. Otaqlarda, forumda və kanalda paylaşılan sənədlərin mətni Klub axtarışı üçün indekslənir; qruplarda və şəxsi söhbətlərdə paylaşılan sənədlərin mətni yalnız həmin söhbətin iştirakçılarının axtarışında görünür.
Keçidlərin önizləməsi. Mesajdakı keçidin önizləməsi üçün səhifəni sizin cihazınız deyil, Saytın serveri açır; keçid verilən sayt bu yolla sizin IP ünvanınızı görmür. Önizləmədə yalnız mətn — başlıq, qısa təsvir və saytın adı — göstərilir, başqa saytdan şəkil yüklənmir.
Süni intellekt (Aysel). Klubdakı Aysel funksiyaları üçün aşağıdakı mətnlər 10-cu bölmədə göstərilən süni intellekt təchizatçılarına model öyrədilməsi üçün istifadə edilmədən ötürülür:
- «Nə qaçırdım?» — siz istədikdə, üzvü olduğunuz otağın və ya qrupun oxumadığınız hissəsi (yalnız sizin görə bildiyiniz mesajlar) xülasə üçün;
- «Klubda soruş» — siz istədikdə, sualınız; cavab forum sual-cavablarından, otaqlarda, forumda və kanalda paylaşılmış sənədlərdən və Saytın məqalələrindən hazırlanır, Premium məqalənin mətni yalnız aktiv Premium abunəniz olduqda istifadə edilir; qruplar, şəxsi söhbətlər və Məktəbşünas xətti axtarışa daxil deyil;
- «Mətnə çevir» — siz istədikdə, dinləmək hüququnuz olan səsli mesaj;
- moderasiya köməkçisi — avtomatik olaraq yalnız otaqlarda və kanalda yazılan mesajlar, forum sualları və cavabları təhqir, siyasi təbliğat, şagirdlərin şəxsi məlumatları və spam baxımından yoxlanılır; köməkçi yalnız işarələyir, qərarı insan verir; qruplar, şəxsi söhbətlər və Məktəbşünas xətti heç vaxt yoxlanılmır;
- axtarış indeksi — forum sualları və cavabları, otaqlarda, forumda və kanalda paylaşılmış sənədlərin mətni Klub axtarışı üçün indekslənir.
Xülasələr və səsli mesajların mətni təkrar emal olunmasın deyə ən çoxu 30 gün saxlanılır. Aysel Klubda yalnız Azərbaycan dilində cavab verir.
Anonim sorğular («Həmkarlar necə edir?»). Operatorun keçirdiyi anonim sorğularda iştirak könüllüdür. Anonimlik belə qorunur: kimin cavab verdiyi və nə cavab verildiyi bir-biri ilə heç bir əlaqəsi olmayan ayrı qeydlərdə saxlanılır; cavablar adınızla, ləqəbinizlə və hesabınızla bağlanmır — onlara profilinizdən yalnız vəzifə, region, məktəbin növü və böyüklüyü, iş təcrübəsi qrupu əlavə olunur; cavablar dərhal nəticələrə düşmür, kifayət qədər cavab toplandıqda yeni identifikatorlarla və qarışdırılmış ardıcıllıqla nəticələrə köçürülür və cavab verdiyiniz vaxtı deyil, sorğunun tarixini daşıyır. Nəticələr yalnız ümumi şəkildə göstərilir: ən azı 5 cavabı olmayan heç bir qrup göstərilmir və lazım gəldikdə gizlədilmiş qrupun ümumi saydan hesablanmaması üçün daha bir qrup gizlədilir; sərbəst mətnli cavablar yalnız bütün sorğu üzrə, qarışdırılmış şəkildə və qruplara bölünmədən göstərilir. Fərdi cavabları heç kim, Saytın inzibatçıları da görmür. Hesabınız silindikdə sorğuda iştirak etdiyiniz barədə qeyd silinir, adsız cavablarınız isə nəticələrdə qalır.
Bildirişlər. Klub bildirişləri Saytda göstərilir. Brauzerdə icazə versəniz, bildirişlər cihazınıza brauzerinizin istehsalçısının push xidməti (Google, Apple, Mozilla və ya Microsoft) vasitəsilə şifrələnmiş şəkildə çatdırılır; bunun üçün cihazınızın push abunəliyi saxlanılır. Standart olaraq söhbət bildirişində mesajın mətni deyil, yalnız «Yeni mesaj» yazılır; mətnin göstərilməsini özünüz aça bilərsiniz. Hansı hadisələr üçün bildiriş alacağınızı seçə və icazəni brauzerdə istənilən vaxt geri götürə bilərsiniz. Klubla bağlı WhatsApp mesajlarından sizə yalnız Klub üzvlüyünün avtomatik yenilənməsi və onun dayandırılması barədə xidmət bildirişləri, üzvlüyünüz bitdikdən sonra isə davam etmək təklifi göndərilə bilər; təklifdən 6-cı bölmədəki qaydada imtina edə bilərsiniz.
Forumun ilk gündən faydalı olması üçün Məktəbşünas dəstək xəttinə gəlmiş real sualları, yazanı tanımağa imkan verən hər hansı məlumatdan təmizlənmiş şəkildə, forumda nümunə sual kimi yerləşdirə bilər.
Saxlama müddətləri. Klub məlumatları belə saxlanılır:
| Məlumatlar | Saxlanma müddəti |
|---|---|
| Klub profili, üzvlük, reputasiya, nişanlar, bildirişlər, cihazların push abunəliyi | Hesabınız mövcud olduğu müddətdə, üzvlüyünüz bitsə də (geri qayıtmağınız üçün); hesab silindikdə silinir |
| Mesajlar, forum yazıları və fayllar | Klubda qalır; özünüz üçün gizlətdiyiniz mesaj yalnız sizdən gizlənir; hesab silindikdə — aşağıdakı qaydada |
| Redaktə edilmiş mesajın əvvəlki mətni | Mesajı istənilən vaxt redaktə edə bilərsiniz; əvvəlki mətn moderasiya üçün mesajla birlikdə saxlanılır və mesajın mətni silinəndə silinir |
| Hamı üçün silinmiş mesaj | Mesajı istənilən vaxt hamı üçün silə bilərsiniz: o, dərhal hamıdan gizlədilir və axtarışdan çıxarılır; mətni 30 gün saxlanılır (yalnız şikayətlərə baxmaq üçün), sonra silinir; yerində «Bu mesaj silindi» qeydi qalır |
| Şikayət əsasında şəxsi söhbətə baxışların jurnalı | Nəzarət qeydi kimi, Klub fəaliyyət göstərdiyi müddətdə |
| Rədd edilmiş və ya moderasiya ilə silinmiş fayl | Məzmunu silinir; faylın qeydi və rəqəmsal izi (heş) saxlanılır — moderasiya ilə silinmiş fayl bu iz üzrə bir daha paylaşıla bilməz |
| Süni intellekt xülasələri və səsli mesajların mətni | Ən çoxu 30 gün |
| Anonim sorğu cavabları | Ümumi nəticələrin bir hissəsi kimi; iştirak qeydi hesab silindikdə silinir |
| Sertifikatlar | Verilmiş sertifikatların reyestrində saxlanılır; ictimai yoxlama səhifəsi yalnız siz icazə verdikdə və sertifikat ləğv edilmədikcə açıqdır |
| Klub ödəniş sifarişləri | 12-ci bölmədəki ödəniş qeydləri kimi |
| Klub üçün saxlanılan kart | Kartı silənədək; silindikdə istinadı silinir, razılığınızın qeydi (maskalanmış nömrə və razılıq tarixi) isə sübut kimi saxlanılır |
| Məktəbşünasa göndərilən WhatsApp bildirişləri | Məktəbşünasın telefonundakı WhatsApp yazışmasında qalır; Saytdakı nüsxənin mətni göndərilən kimi silinir (yalnız vaxt və çatdırılma qeydi qalır) |
Hesabınız silindikdə (İstifadə Şərtlərinin 16-cı bölməsi) Klub profiliniz, üzvlüyünüz, reputasiyanız, bildirişləriniz və Məktəbşünas xəttiniz bütün mesajları ilə birlikdə silinir. Otaqlarda, qruplarda və şəxsi söhbətlərdə yazdığınız mesajlar həmin söhbətlərin digər iştirakçıları üçün qalır, lakin adınız, ləqəbiniz və profiliniz olmadan — «Silinmiş üzv» kimi; mesajların mətni dəyişdirilmir. Yalnız qruplarda, şəxsi söhbətlərdə və ya xəttinizdə paylaşdığınız fayllar yaddaşdan silinir; otaqlarda, forumda və kanalda paylaşdığınız fayllar adınız olmadan qalır. Forum sualları və cavablarınız adınız olmadan qalır. Klub ödəniş sifarişləri, kart razılığının qeydi və sizə verilmiş sertifikatların qeydi yuxarıdakı cədvəldə göstərildiyi kimi saxlanılır.
10. Məlumatların paylaşılması
Biz fərdi məlumatlarınızı satmırıq və reklam şəbəkələrinə vermirik. Məlumatlar yalnız aşağıdakı hallarda və həcmdə paylaşılır.
Xidmət təchizatçıları (emalçılar) — bizim adımızdan və bizim göstərişimizlə, yalnız göstərilən məqsəd üçün:
| Təchizatçı | Nə üçün | Hansı məlumatlar | Yer |
|---|---|---|---|
| Epoint («Global Innovations» MMC) | Kart ödənişlərinin qəbulu, kartın saxlanılması, avtomatik yenilənmə | Sifariş nömrəsi, məbləğ, kart məlumatları (birbaşa sizdən) | Azərbaycan |
| Vercel Inc. | Saytın hostinqi | Saytla bütün qarşılıqlı əlaqə; texniki jurnallar (IP, brauzer) | ABŞ / Avropa |
| Railway Corp. | Verilənlər bazasının və fon xidmətlərinin (o cümlədən Klubun canlı söhbət və fayl yoxlama xidmətlərinin) hostinqi | Sistemdə saxlanılan bütün məlumatlar | ABŞ / Avropa |
| Cloudflare, Inc. | Faylların saxlanılması və çatdırılması | Səsli oxunuşlar, köməkçinin səsli cavabları, şəkillər, Klubda paylaşılan fayllar və Klub sertifikatları | ABŞ / Avropa |
| Anthropic PBC və OpenAI OpCo, LLC | Süni intellekt: köməkçinin cavabları, səsli mesajların yazıya çevrilməsi, xülasələr, imtahan suallarının hazırlanması, onlayn imtahanda yazılı cavablara bal təklifi, Klubda axtarış və moderasiya köməkçisi | Mesajlarınızın mətni və səsi, imtahan parametrləri, onlayn imtahanda şagirdin yazılı cavabının mətni (adsız və nömrəsiz), 9-cu bölmədə göstərilən Klub mətnləri — model öyrədilməsi üçün istifadə edilmədən | ABŞ |
| ElevenLabs Inc. | Mətnin səsləndirilməsi | Səsləndirilən mətn (məqalələr, köməkçinin cavabları) | ABŞ |
| WhatsApp (Meta Platforms) | Mesajların çatdırılması | Telefon nömrəniz, mesajların məzmunu | ABŞ / İrlandiya (WhatsApp-ın öz məxfilik siyasəti) |
| Telegram | Operatorun daxili bildirişləri (yeni dəstək mesajı, ödəniş hadisələri, Klubun hadisələri) | Dəstək mesajının mətni, sifariş nömrələri, hesab identifikatorlarının qısaldılmış forması, yeni Klub üzvünün adı və gizlədilmiş e-poçtu, şikayətin səbəbi, Klub üzvünün ləqəbi | Operatorun öz hesabı |
Koordinatorlar. Tövsiyə linki ilə gəldiyiniz koordinator öz panelində yalnız qeydiyyatda göstərdiyiniz adınızı, qeydiyyat tarixinizi və ödənişlərinizin faktını və məbləğini (mükafatın hesablanması üçün) görür. E-poçtunuz, telefon nömrəniz və digər məlumatlarınız koordinatora açıqlanmır. Klub üzvlüyü ödənişləri koordinatora göstərilmir.
Klub üzvləri. Məktəbşünaslıq Klubunda yazdıqlarınız, paylaşdığınız fayllar və profilinizin göstərdiyiniz hissəsi onları görmək hüququ olan digər üzvlərə görünür; kimin nəyi gördüyü 9-cu bölmədə izah olunur.
Operatorun əməkdaşları. Redaktorlar, satış əməkdaşları və inzibatçılar vəzifələrinin tələb etdiyi həcmdə məlumatlara çıxış əldə edir və məxfilik öhdəliyi daşıyır. Klubun qruplarını, şəxsi söhbətlərini və Məktəbşünas xəttini əməkdaşlar oxumur; istisna 9-cu bölmədəki şikayət qaydasıdır.
Dövlət orqanları. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli orqanların əsaslandırılmış tələbi ilə.
Biznesin ötürülməsi. Sayt başqa şəxsə keçərsə, məlumatlar bu Siyasətin şərtlərinə uyğun yeni operatora ötürülə bilər; bu barədə sizə əvvəlcədən məlumat verilir.
11. Məlumatların xaricə ötürülməsi
Saytın texniki infrastrukturu və süni intellekt təchizatçıları Azərbaycan Respublikasının hüdudlarından kənarda (ABŞ və Avropa İttifaqında) yerləşə bilər. Belə ötürmə «Fərdi məlumatlar haqqında» Qanuna uyğun olaraq sizin razılığınız əsasında və məlumatların mühafizəsini təmin edən müqavilə şərtləri ilə həyata keçirilir. Hesab yaradaraq siz məlumatlarınızın bu Siyasətdə göstərilən təchizatçılara ötürülməsinə razılıq verirsiniz.
12. Məlumatların saxlanma müddətləri
| Məlumatlar | Saxlanma müddəti |
|---|---|
| Hesab məlumatları, istifadə məlumatları, yazışmalar, «İmtahan yarat» məlumatları | Hesab mövcud olduğu müddətdə; hesabın silinməsi barədə müraciətdən sonra 30 gün ərzində silinir |
| Ödəniş sifarişləri, ödəniş sisteminin bildirişləri, mühasibat qeydləri | Əməliyyatdan sonra 5 il (mühasibat və vergi qanunvericiliyinin tələbi) — hesab silinsə də, şəxsi məlumatlar mümkün qədər azaldılmış formada |
| Avtomatik yenilənmə üçün kart istinadı | Yenilənməni söndürənə, kartı silənə və ya hesabı silənə qədər; uğursuz cəhdlərdən sonra yenilənmə söndürüldükdə istinad passiv qalır və müraciətinizlə silinir |
| Köməkçinin səsli cavabları | 7 gün |
| Satış əlaqə qeydləri | Hesab mövcud olduğu müddətdə |
| Məktəbşünaslıq Klubunun məlumatları | 9-cu bölmədə göstərilən müddətlər |
| Onlayn imtahan nəticələri (şagirdin adı, nömrəsi, cavabları) | Link bağlandıqdan 365 gün sonra avtomatik silinir; müəllim daha tez silə bilər (8-ci bölmə) |
| Texniki jurnallar (IP, xəta qeydləri) | Hosting təchizatçılarında qısa müddətə — adətən 30 günədək |
| Cookie-lər və brauzer yaddaşı | 15-ci bölmədə göstərilən müddətlər |
13. Təhlükəsizlik
- Sayta bütün qoşulmalar şifrələnir (HTTPS/TLS).
- Şifrələr yalnız birtərəfli kriptoqrafik heş (bcrypt) şəklində saxlanılır; heç bir əməkdaş şifrənizi görə bilmir.
- Kart məlumatları bizim sistemimizə daxil olmur; yenilənmə üçün yalnız ödəniş sisteminin istinadı saxlanılır.
- Ödəniş sistemindən gələn hər bildirişin imzası yoxlanılır; imzasız və ya yanlış imzalı bildirişlər rədd edilir.
- Məlumatlara çıxış rollara görə məhdudlaşdırılır; inzibati əməliyyatlar qeydə alınır.
- Hər telefon nömrəsinə bir hesab qaydası və sessiyaların idarə olunması hesabların ələ keçirilməsi riskini azaldır.
- Klubda paylaşılan fayllar göstərilməzdən əvvəl ayrıca yoxlama xidmətində yoxlanılır və yalnız qısamüddətli keçidlərlə açılır; Klubun şəxsi söhbətlərinə şikayət əsasında hər baxış qeydə alınır.
Heç bir sistem mütləq təhlükəsiz deyil. Fərdi məlumatlarınıza təsir edən ciddi insident baş verərsə, qanunvericiliyin tələb etdiyi qaydada sizi və səlahiyyətli orqanı məlumatlandıracağıq.
14. Hüquqlarınız
«Fərdi məlumatlar haqqında» Qanuna uyğun olaraq sizin aşağıdakı hüquqlarınız var:
- Məlumat almaq — hansı məlumatlarınızın, hansı məqsədlə emal edildiyini öyrənmək və onların surətini almaq;
- Düzəliş etmək — adınızı, telefon nömrənizi, profil şəklinizi və şifrənizi profilinizdə, Klub profilinizi isə Klubda özünüz dəyişə bilərsiniz; digər məlumatlar üçün bizə yazın;
- Silinməsini tələb etmək — hesabınızın və məlumatlarınızın silinməsini (qanunla saxlanılması tələb olunan ödəniş qeydləri və 9-cu bölmədə göstərilən adsız qalan Klub yazıları istisna olmaqla);
- Razılığı geri götürmək — avtomatik yenilənməni söndürmək, kartı silmək, marketinq mesajlarından və satış əlaqələrindən imtina etmək — geri götürmə ondan əvvəlki emalın qanuniliyinə təsir etmir;
- Emalın məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb etmək — qanunla nəzərdə tutulmuş hallarda;
- Şikayət etmək — əvvəlcə bizə, razı qalmadıqda fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli dövlət orqanına və ya məhkəməyə.
Müraciətlər hesabınızın e-poçtundan (varsa) info@direktor.az ünvanına göndərilir və ya +994 50 672 5911 nömrəsi ilə edilir. Şəxsiyyətinizi təsdiq etmək üçün sizdən əlavə məlumat istəyə bilərik. Müraciətə 7 iş günü ərzində cavab veririk; hesabın silinməsi 30 gün ərzində tamamlanır.
16. Uşaqlar
Sayt 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb və biz bilərəkdən uşaqların məlumatlarını toplamırıq. 18 yaşına çatmamış şəxsin hesab yaratdığını öyrənsək, hesabı və məlumatları silirik. Belə hal barədə bizə məlumat verməyinizi xahiş edirik. Yeganə istisna müəllimin göndərdiyi onlayn imtahan linkidir: orada şagird hesab yaratmadan yalnız ad, soyad və WhatsApp nömrəsi daxil edir və bu məlumatlar 8-ci bölmədə göstərildiyi kimi məhdud məqsədlə və müddətlə emal olunur.
17. Siyasətin dəyişdirilməsi
Bu Siyasət Xidmətlər dəyişdikcə yenilənə bilər. Yeni redaksiya bu səhifədə dərc olunur və qüvvəyə minmə tarixi yuxarıda göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə Saytda bildiriş və ya WhatsApp mesajı ilə məlumat veririk. Dəyişiklikdən sonra Saytdan istifadəni davam etdirməyiniz yeni redaksiya ilə razılaşmanız deməkdir.
18. Əlaqə
Fərdi məlumatlarınızla bağlı bütün suallar və müraciətlər üçün:
- DİREKTOR.AZ
- Azərbaycan Respublikası, Bakı şəhəri
- E-poçt: info@direktor.az
- Telefon: +994 50 672 5911
- Sayt: https://www.direktor.az
- KSQ.AZ: https://www.ksq.az
Saytdan istifadənin qaydaları üçün İstifadə Şərtlərinə baxın.