
7 minə yaxın müəlliminin sertifikatlaşdırılması yekunlaşıb - MÜTDA
Pedaqoji heyətin sertifikatlaşdırılması, peşəkar inkişafının qiymətləndirilməsini, müəllimlərin differensial əməkhaqqı proseslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, elm sistemində yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.
Nəzərinizə çatdırırıq ki, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin