
ADMİU-da “İncə” adlı Süni İntellekt köməkçisi yaradılıb
İntellektual inkişaf layihələrini, təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Rəhbər idarəçilərin təcrübə mübadiləsi, qiymətləndirmə sahəsindəki yeniliklərdən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihə təqdim edilib. Universitet üçün hazırlanmış “İncə — ADMİU Sİ Köməkçisi” rəhbərliyə təqdim olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təqdimat zamanı ADMİU-nun İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt şöbəsinin müdiri Sitarə Abdullayeva layihənin məqsədi və universitetin rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsində rolu barədə məlumat verib.
Bildirilib ki, “İncə” abituriyent, tələbə və valideynlərin qəbul, qabiliyyət imtahanları, fakültə və ixtisaslar, təhsil haqqı, təqaüdlər, dərs saatları, universitet strukturu və digər mövzular üzrə suallarını rəsmi məlumat bazasına əsasən cavablandırmaq üçün hazırlanıb.
Daha sonra Süni intellekt və rəqəmsal marketinq üzrə baş mütəxəssis Sabir Abbaszadə sistemin texniki imkanları, məlumat bazası, rəsmi sayta inteqrasiyası, təhlükəsizlik mexanizmləri və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
“İncə” hazırda ADMİU-nun rəsmi saytına texniki olaraq inteqrasiya edilib və test mərhələsindədir. Yekun sazlama işləri tamamlandıqdan sonra sistem ictimai istifadəyə təqdim olunacaq.
Layihənin əsas məqsədi təkrarlanan informasiya sorğularını avtomatlaşdırmaq, məlumatı daha əlçatan etmək və struktur bölmələrin gündəlik informasiya yükünü azaltmaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
