
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI
Xaricdə təhsil proqramları, tələbələrimizin beynəlxalq akademik nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Qlobal təhsil imkanları, rəsmi statistik hesabatlardan xəbərdar olmaq üçün bizi izləyin.
2025/2026-cı tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 2045 nəfər təşkil edib.
Direktor.az xəbər verir ki, bu barədə AzEdu.az araşdırma aparın. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, bu tələbələrin 173-ü MDB ölkələrində, 1872-si isə digər xarici ölkələrdə təhsil alır. MDB ölkələri arasında azərbaycanlı tələbələrin ən çox olduğu ölkə Rusiyadır. Belə ki, Rusiya Federasiyasında 158, Qazaxıstanda 14, Tacikistanda isə 1 Azərbaycan gənci dövlət xətti ilə ali təhsil alır.
Digər ölkələr arasında Türkiyə ilk sırada yer alır. Hazırda bu ölkədə 715 azərbaycanlı gənc dövlət xətti ilə təhsil alır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 438, ABŞ-da 174, Macarıstanda 212, Çində 104 nəfər təhsilini davam etdirir.Almaniyada 44, Avstriyada 23, İtaliyada 28, Latviyada 26, Fransada 19, Sinqapurda 14, Kanadada 12, Niderlandda 11 azərbaycanlı tələbə var. Bundan başqa, İsveçrə və Rumıniyada 9, İrlandiya və Koreya Respublikasında 7, İspaniyada 5, Portuqaliyada 4, Belçikada 3 nəfər dövlət xətti ilə ali təhsil alır. Birləşmiş Ərəb Əmirlikləri və İsraildə hər birində 2, Çexiya, Finlandiya, İsveç və Malayziyada isə hər birində 1 azərbaycanlı gənc təhsilini davam etdirir.
Beləliklə, statistikaya əsasən, dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı gənclərin ən çox üz tutduğu ölkələr Türkiyə, Böyük Britaniya, Macarıstan və ABŞ-dır.Digər ölkələrdəki göstəricilər isə azərbaycanlı tələbələrin müxtəlif ölkələrin ali təhsil sistemlərində təmsil olunduğunu göstərir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

