
BAAU və Ankara Yıldırım Beyazıt Universiteti arasında memorandum imzalanıb
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri və universitetlərarası əməkdaşlıq yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil sahəsindən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyənin Ankara Yıldırım Beyazıt Universiteti (AYBU) arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Memorandum Ankarada keçirilən görüş çərçivəsində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və AYBU-nun rektoru, Prof. Dr. Ali Cengiz Köseoğlu tərəfindən imzalanıb. Görüşdə BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva da iştirak edib.
İmzalanmış memoranduma əsasən, tərəflər tələbə, akademik və inzibati heyətin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, elmi nəşrlərin və təcrübələrin paylaşılması, ortaq konfrans, seminar və simpoziumların təşkili istiqamətində əməkdaşlıq edəcəklər. Sənəddə, həmçinin birgə layihələrin hazırlanması, akademik heyət üçün təlimlərin keçirilməsi və tələbələrin təcrübə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
BAAU-nun rektoru, dosent Səyavuş Qasımov memorandumun imzalanmasını universitetlərarası əlaqələrin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. O, əldə olunan razılaşmanın hər iki ali təhsil müəssisəsinin akademik potensialından səmərəli istifadəyə, birgə elmi təşəbbüslərin həyata keçirilməsinə və BAAU-nun Türkiyə universitetləri ilə əməkdaşlığının genişləndirilməsinə yeni imkanlar yaradacağına inamını ifadə edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin