
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
Universitet-sənaye tərəfdaşlığı və beynəlxalq akademik əlaqələrə dair bütün yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Ali təhsildə beynəlxalq əməkdaşlığlardan xəbərdar olmaq üçün bizi izləyin.
Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Rektor Elçin Babayev forum çərçivəsində “Bilikdən təsirə: universitet–sənaye əməkdaşlığının və innovasiya tərəfdaşlığının gücləndirilməsi” mövzusunda panel müzakirəsində iştirak edib. Forum çərçivəsində BDU ilə Özbəkistanın Cizzax Politexnik İnstitutu, Buxara Dövlət Pedaqoji Universiteti, Əndican Dövlət Pedaqoji Universiteti, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti, Səmərqənd Dövlət Pedaqoji İnstitutu, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti və Gülüstan Dövlət Universiteti arasında anlaşma memorandumları imzalanıb. Həmçinin BDU ilə Fərqanə Dövlət Universiteti arasında 2026–2027-ci tədris ili üzrə birgə Fəaliyyət Planı imzalanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin