
Biləsuvarda məktəb Yeni təmaül tədris modelinə qoşulub
Direktor.az-a abunə olun. Biləsuvar şəhər 1 nömrəli məktəbdə fəaliyyətə başlayan yeni təmayül tədris modeli (TOM) və yüksək qiymətləndirmə nəticəsi olan müəllim heyətinin uğurları haqqında ən son xəbərlərdən anında xəbərdar olun. Ölkəmizdəki təhsil keyfiyyətini, 100%-lik tələbə qəbulu nəticələrini və regional təhsil xəbərlərini addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Yeni tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb Yeni təmayül tədris modelinə (TOM) qoşulub.
Siniflər üzrə bölgü: Məktəbdə müvafiq istiqamətlər üzrə 7 X sinif (təqribən 130 şagird) və 2 XI sinif (təqribən 40 şagird) təşkil edilib.
Pedaqoji heyət: Şagirdlərin təlim-tərbiyəsi qiymətləndirmə nəticələri 85% və daha yüksək olan təcrübəli müəllimlərə həvalə olunub.
Ötən tədris ilində (2025–2026) TOM çərçivəsində fəaliyyət göstərən Neftçala şəhər humanitar fənlər təmayüllü “Muğan” liseyinin 23 məzununun hər biri tələbə adını qazanaraq 100%-lik nəticə göstərib. Bu uğur modelin keyfiyyətini və şagirdlərin ali təhsilə hazırlanmasında vacib rolunu təsdiqləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin