
DİM peşəkar mühasib sertifikatı imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanlar, qaydalar, buraxılış rejimi barədə məlumatlar üçün direktor.az-a abunə olun. İmtahana buraxılış vərəqələrinin çapı, qiymətləndirmə meyarları və sertifikasiya prosesinə dair təlimatları izləmək üçün bildirişləri aktiv edin.
Sentyabrın 27-si peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. İmtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və iştirak etmək üçün 668 (KOSS – 69, MHBS - 416, İSMUBS - 183) nəfər müraciət edib.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli orta məktəbdə kompüterlər vasitəsilə keçiriləcək.
İştirak üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə bu linkdən tanış ola bilərlər:
https://portal.dim.gov.az/pmsDemo/
İmtahan saat 10:00 və 16:00-da başlanır. Saat 09:45 və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
İmtahanın davametmə müddəti 3 saatdır və namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytına daxil olaraq "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.
Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli, özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahanın keçirilməsi üçün 6 zal admini, 42 nəzarətçi, 6 mühafizə cəlb olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin