
DİM “Şagird-məzun” proqramı üzrə plan hazırlayıb
Məktəblərdə buraxılış və attestasiya prosesi, regional təhsil idarələri və məktəb rəhbərliklərinin görəcəyi işləri izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrinin idarə edilməsi, imtahan qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
“Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” - https://dim.gov.az/CkImageYQTeqvimPlani_2026-2027%20sayta_1792387598.pdf təsdiq edilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. 2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib. Bununla əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin