
Elm və Təhsil Nazirliyi peşə təhsili müəssisələrində hüquq mövzusunda təlimlər keçirir
Peşə təhsili müəssisələrində tələbələrin inkişaf layihələri, hüquqi maarifləndirmə tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsilalanların hüquqi mədəniyyətinin artırılması və ölkəmizin maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilalanları arasında həyata keçirilən “Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Layihə çərçivəsində bir sıra peşə təhsili müəssisələrində hüquqi maarifləndirmə tədbirləri, interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər təşkil olunub.
Tədbirlər Abşeron Binə Peşə Liseyi, Abşeron Ceyranbatan Peşə Liseyi, Bakı Turizm Peşə Məktəbi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarını əhatə edib. Maarifləndirmə tədbirlərində “İnsan alveri”, “Erkən nikahların hüquqi və sosial aspektləri”, “İctimai qayda pozuntuları və inzibati məsuliyyət”, “Bullinq və ictimai təzyiq”, eləcə də “Narkomaniya ilə mübarizə” mövzuları müzakirə olunub.
Layihənin əsas məqsədi gənclərin hüquqi biliklərini artırmaq, onlarda hüquq mədəniyyətini formalaşdırmaq, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmləri barədə biliklərini genişləndirməkdir. Qeyd edək ki, cari ilin may ayından etibarən həyata keçirilən layihə çərçivəsində indiyədək ümumilikdə 500 nəfərə yaxın təhsilalan iştirak edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin