
İdman Akademiyasının tələbələri bodibildinq çempionatında uğur qazanıblar
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş natural bodibildinq və fitnes üzrə IV “INBA Eurasian Championship (Open)” beynəlxalq çempionatı keçirilib. Yarışda Azərbaycan İdman Akademiyasının (ASA) tələbələri Vahid Axundlu və Bərşad Hüseynov uğurlu nəticələrlə fərqləniblər.
Direktor.az xəbər verir ki, bu barədə akademiyadan bildirilib. INBA Global Azerbaijan və INBA Global Eurasia təşkilatlarının təşkilatçılığı ilə noyabrın 8-də Opera Studiyasında keçirilən çempionatda Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyadan olan idmançılar 17 kateqoriya üzrə mübarizə aparıblar.
ASA-nın “Ümumi fiziki hazırlıq” ixtisasının II tədris ili tələbəsi Vahid Axundlu “Men’s Bodybuilding” kateqoriyasında bütün rəqiblərini qabaqlayaraq I yerə layiq görülüb.
Akademiyanın I tədris ili tələbəsi Bərşad Hüseynov isə 16 idmançının iştirak etdiyi mübarizədə III yeri tutaraq bürünc medal qazanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

