
Kolleclərin boş qalan yerlərinə 1800-dən çox abituriyent qəbul olub
11 illik kolleclərin boş qalan plan yerlərinə keçirilən müsabiqə nəticələri, qəbul statistikası və tələbələrin elektron qeydiyyat qaydaları barədə məlumat üçün direktor.az-a abunə olun. İmtahan idarəçiliyi, Dövlət İmtahan Mərkəzinin qərarları və mühüm elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri elan olunub. Ümumilikdə 2393 nəfərin iştirak etdiyi seçim mərhələsində 1818 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Abituriyentlər nəticələrinj Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən, həmçinin elektron ərizədə əks olunan 7 rəqəmli kodu və ya iş nömrəsini bütün mobil operatorlardan 7727 qısa nömrəsinə göndərərək öyrənə bilərlər. Qəbul olanların tam siyahısı isə günün sonunadək www.abiturient.az saytında PDF formatında yerləşdiriləcək “Abituriyent” jurnalının xüsusi buraxılışında (ödənişli əsaslarla) dərc ediləcək.
Tələbə adını qazanan şəxslərin qeydiyyatı yalnız elektron qaydada — my.gov.az portalı üzərindən aparılacaq. Proses 30 sentyabr saat 15:00-da start götürəcək və 5 oktyabr saat 18:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün tələbələr mygov ID ilə şəxsi kabinetlərinə daxil olduqdan sonra “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçməli, ardınca isə “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə müraciət etməlidirlər.
Nəzərə çatdırılıb ki, göstərilən vaxt ərzində qeydiyyatını tamamlamayan namizədlər təhsildən imtina etmiş sayılacaq və onların barəsində qəbul əmri verilməyəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin