
Macarıstanın Universiteti və AzMİU arasında ikili diplom imkanları müzakirə edilib
Təhsildə beynəlxalq əlaqələr, magistratura səviyyəsində birgə proqramlar ilə bağlı yenilikləri rahat izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin beynəlxalq layihələri və təhsil sistemindəki bütün mühüm hadisələri öyrənmək üçün bizi izləməyə davam edin.
Macarıstanın Sopron Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəsmi səfərdə olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfərin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin genişləndirilməsi və yeni birgə təhsil layihələrinin icrası imkanlarının dəyərləndirilməsi olub.
Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev və şöbənin böyük mütəxəssisi Arzu Vəlizadə iştirak ediblər. Sopron Universiteti Meşəçilik fakültəsinin dekanı, professor Balint Heil və ali təhsilin inkişafı, beynəlmiləlləşmə və siyasət üzrə mütəxəssis Marton Mihaly Beke təmsil ediblər.
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin fəaliyyət istiqamətləri, tədris proqramları və elmi-tədqiqat potensialı barədə təqdimatlarla çıxış ediblər. Danışıqların əsas diqqət mərkəzində “Mühəndislik və dayanıqlı gələcək” adlı birgə magistr proqramı əsasında ikili diplom layihəsinin təsis edilməsi dayanıb. Tərəflər bu proqramın reallaşdırılmasının mühəndislik və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıblar.
Daha sonra Sopron Universitetinin nümayəndələri AzMİU Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsini ziyarət ediblər. Qonaqlar fakültənin maddi-texniki bazası, müasir laboratoriyaları və praktiki tədris imkanları ilə yaxından tanış olublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin