
MDU-da “Logistika sahəsində peşə bacarıqları və əmək bazarının tələbləri” mövzusunda elmi seminar keçirilib
Regional ali təhsil müəssisələrinin elmi fəaliyyəti, əmək bazarının tələblərinə uyğun ixtisaslaşmanı izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarımızın elmi seminarları, praktiki təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Tükəzban Qasımovanın təqdimatında “Logistika sahəsində peşə bacarıqları və əmək bazarının tələbləri” mövzusunda elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, seminarda logistika sektorunun müasir iqtisadi inkişafda rolu, nəqliyyat və təchizat zəncirlərinin səmərəli idarə olunmasında insan kapitalının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Rəqəmsallaşma, avtomatlaşdırma və süni intellekt texnologiyalarının logistika proseslərinə təsiri, eləcə də bu dəyişikliklərin əmək bazarında tələb olunan bilik və kompetensiyaların formalaşmasındakı rolu vurğulanıb.
Seminarda Azərbaycanın beynəlxalq nəqliyyat və logistika dəhlizlərində iştirakının ixtisaslı kadrlara tələbatın formalaşmasına, yeni məşğulluq imkanlarının yaranmasına və regionların iqtisadi inkişafına təsiri də diqqət mərkəzində olub. Bildirilib ki, ölkənin tranzit və logistika potensialından səmərəli istifadə edilməsi üçün müasir texnologiyalara yiyələnmiş, analitik düşünmə, problem həll etmə və peşəkar ünsiyyət bacarıqlarına malik mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq resurslardan səmərəli istifadə, nəqliyyat və təchizat proseslərinin optimallaşdırılması, rəqəmsal həllərin tətbiqi və ekoloji məsuliyyətin artırılması məsələlərinə də yer verilib.
Elmi seminar Mingəçevir Dövlət Universitetində əmək bazarının aktual ehtiyaclarına uyğun təhsil yanaşmalarının təşviqi, tələbəyönümlü öyrənmə mühitinin inkişafı, elmi və praktiki biliklərin inteqrasiyası, eləcə də universitetin sosial-iqtisadi inkişafa töhfəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini nümayiş etdirib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin