
Məktəb direktorları ilə Keyfiyyət Fəaliyyət Planına dair görüşlər keçirilib
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki dəstək layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin keyfiyyət təminatı, regional idarəetmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Dağlıq Şirvan Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrası ilə bağlı Ağsu və Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin direktorları ilə görüşlər keçirilib.
Direktor.az xəbər verir ki, görüşlərdə monitorinq və buraxılış imtahanlarının nəticələrinin təhlili, risk qruplarının müəyyənləşdirilməsi, Məktəb İnkişaf Planlarının hazırlanması, müəllimlərə metodiki dəstəyin göstərilməsi və zəif nəticə göstərən şagirdlərlə işin təşkili məsələləri müzakirə olunub.
Eyni zamanda, şagird davamiyyətinə nəzarət, valideynlərlə əməkdaşlıq, əlavə akademik dəstək tədbirlərinin həyata keçirilməsi və fəaliyyətlərin icrasına dair hesabatlılığın təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. Görüşlərdə Keyfiyyət Fəaliyyət Planının məqsədyönlü icrasının, tədris nəticələrinin mütəmadi təhlilinin və görülən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsinin şagird nailiyyətlərinin yüksəldilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin