
Məktəbdənkənar fəaliyyətə dair təlim keçirilib
Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və inkişaf layihələrini izləmək üçün direktor.az-a abunə olun. Maarif ocaqlarımızın təşəbbüsləri, metodiki təlimlərdən xəbərdar olmaq üçün bizi izləyin.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) “Təhsilin görünməyən tərəfi: məktəbdənkənar fəaliyyətin pedaqoji gücü” adlı təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Təlimdə 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları və dərnək rəhbərləri iştirak ediblər.
Təlimi 5 nömrəli UGİM-in metodiki şöbəsinin müdiri və metodistləri keçirib. Məktəbdənkənar fəaliyyət-tamamlayıcı və inkişafetdirici mühit, uşaqların inkişafında məktəbdənkənar fəaliyyətin psixoloji gücü, məktəbdənkənar təhsildə innovativ yanaşmalar, rəqəmsal dövrdə ana dili və mütaliə mədəniyyəti mövzuları üzrə fikir mübadiləsi aparılıb. Həmçinin təlim çərçivəsində innovativ metodlardan istifadə, uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması, rəqəmsal imkanlardan səmərəli yararlanma, eləcə də ana dilinin qorunması və mütaliə mədəniyyətinin formalaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin