
Müəllimlərin iş yerinin dəyişdirilmə prosesi davam edir
Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi, iştirak şərtləri və qeydiyyat qaydalarını saytımızdan öyrənin. Təhsil sahəsindəki mühüm yenilikləri, rəsmi elanları və praktiki təlimatları izləmək üçün direktor.az-a abunə olun.
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyibdən bildirilib. Prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, il boyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanından minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.
Qeydiyyat qaydaları ilə bağlı təlimat videosu: https://www.youtube.com/watch?v=UzutAmMm7T0
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin