
Naxçıvanda keçiriləcək elmi konfransın vaxtı dəyişib
Elm və Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan elmi layihələri, məqalə qəbulu elanlarını və akademik yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil gündəmindəki ən vacib hadisələrdən, rəsmi çağırışlardan və aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
"NASCO29" Respublika elmi konfransının keçirilmə tarixində dəyişiklik edilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan mötəbər elmi tədbir cari ilin 30-31 oktyabr tarixlərində baş tutacaq. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi habelə Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə təşkil edilən konfransda iştirakçılar həm əyani, həm də onlayn formatda çıxış edə biləcəklər.
Tədqiqat işlərini təqdim etmək istəyən gənc alimlər məqalə və tezislərini 1 oktyabr 2026-cı il tarixinədək göndərə bilərlər.
Qeydiyyat qaydaları və elmi tədbirlə bağlı bütün detallarla rəsmi internet səhifəsindən (nasco.ndu.edu.az və ya konfrans.ndu.edu.az) tanış olmaq mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin