
OYU ilə British Council arasında strateji əməkdaşlıq müzakirə olunub
Ali təhsil müəssisələrimizin qlobal qurumlarla strateji əlaqələri, tələbə və müəllimlər üçün beynəlxalq tədris imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki beynəlxalq əməkdaşlıqlar, rəsmi müzakirələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin rəhbərliyi ilə British Council-ın Azərbaycan nümayəndəliyi arasında beynəlxalq təhsil əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev, Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov, İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri akademik Əli Abbasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Aydın Əliyev, British Council-ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə rəhbəri Nərgiz Əkbərova ilə görüş keçiriblər.
Görüş zamanı ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, akademik heyətin peşəkar inkişafı, birgə elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi və beynəlxalq qiymətləndirmə imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tələbə və müəllimlər üçün beynəlxalq təhsil imkanlarının genişləndirilməsinin, akademik potensialın gücləndirilməsinin və ali təhsil müəssisələri arasında institusional əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş Odlar Yurdu Universiteti ilə British Council arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi, beynəlxalq təhsil əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycanda ali təhsilin inkişafına töhfə verilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin