
Qarabağ Universitetinin müəllimi hakim təyin olunub
Müəllimlərin nailiyyətləri, universitet həyatı və təhsildəki ən son yeniliklərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsillə bağlı ən vacib xəbərləri öyrənmək üçün bizi izləyin.
Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı hakim təyin edilib.
Direktor.az xəbər verir ki, o, hakimlik imtahanında ən yüksək bal toplayaraq Nərimanov Rayon Məhkəməsinə hakim təyin olunub. 1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb. O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.
Hər iki pillədə ingilis dilində təhsil alıb. Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.
2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin