
Qızıl və gümüş nişanların təsviri № 53

Məktəbşünas
Müəllif
Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar (bundan sonra - nişanlar) diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır (1 və 2 nömrəli əlavələr).
“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 aprel tarixli 53 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar (bundan sonra - nişanlar) diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır (1 və 2 nömrəli əlavələr).
2. Nişanların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunur.
3. Nişanların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.
4. Qızıl nişanın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL NİŞAN, gümüş nişanın yan səthində GÜMÜŞ NİŞAN sözləri nəqş olunur.
5. Nişanlar bürünc metaldan hazırlanır. Qızıl nişanın səthinə qızıl, gümüş nişanın səthinə gümüş suyu çəkilir.
6. Nişanlar qırmızı rəngli plastik qutulara qablaşdırılır.
“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə
1 nömrəli əlavə

“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə
2 nömrəli əlavə


Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin