
Valideynlərlə ünsiyyət və əməkdaşlıq: iclas sayından çox, məlumatın dəyəri əsasdır
Məktəbin valideynlərlə əməkdaşlığının səmərəliliyi keçirilən iclasların sayı ilə deyil, valideynə verilən məlumatın faydalılığı, qarşılıqlı anlaşma, şagirdin problemlərinin birgə həlli və əldə olunan nəticələrlə ölçülməlidir.Məqaləni oxuya və səsli dinləyə, real məktəb həyatına aid situasiyalı testləri işləyərək ünsiyyət və qərarvermə bacarıqlarınızı inkişaf etdirə, mövzuya aid PDF materialları endirərək məktəbinizin gündəlik fəaliyyətində istifadə edə bilərsiniz.
İki fərqli sual. Valideyn iclası keçirilib, protokol yazılıb, iştirak siyahısı imzalanıb. Bəs valideyn övladının nəyi bacardığını və nədə çətinlik çəkdiyini bilirmi? TKTA-nın qiymətləndirmə çərçivəsi sənədində bu mövzu 4.2 meyarıdır: birinci rəqəm sahəni, ikinci rəqəm meyarı göstərir, üçüncü rəqəm əlavə olunanda alt meyar alınır. Meyar liderlik və idarəetmə sahəsinə aiddir və iki alt meyardan ibarətdir: 4.2.1 «Valideynlərlə ünsiyyət» və 4.2.2 «Valideynlərlə əməkdaşlıq». Fərq sadədir: ünsiyyət məktəbdən valideynə gedən məlumatdır, əməkdaşlıq isə valideynin məktəbin işində iştirakıdır. Təlimat valideynləri özünüqiymətləndirmənin iştirakçısı sayır. Məqalədə hər iki alt meyarın səviyyələrini, dəlilləri və tez-tez buraxılan səhvləri izah edirik.
Abunə Məzmunu
Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.
