
29 il sonra oğlu eyni universitetə qəbul oldu
Ali təhsil ocaqlarının beynəlxalq əlaqələrini, xarici tələbə hazırlığını və məzunlarla tərəfdaşlıq ənənələrini izləmək üçün direktor.az-a abunə olun. Elm, memarlıq təhsili və universitet mühitindəki hadisələrdən, rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) türkiyəli məzunu Köksal Ayabakan 29 il sonra oğlu ilə birlikdə məzunu olduğu universitetə yenidən üz tutub.
Direktor.az xəbər verir ki, bu barədə AzMiU-dan bildirilib. 1997-ci ildə AzMİU-nu bitirən Köksal Ayabakanın oğlu hazırda universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsində təhsil alır və gələcəkdə memarlıq ixtisası üzrə təhsilini davam etdirməyi planlaşdırır.
Köksal Ayabakan AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, rektorun müşaviri, professor İlham Mərdanov və Əcnəbi tələbələrin təhsili dekanlığının rəhbəri, dosent Polad Sadıkovla görüşüb.
Görüş zamanı xarici tələbələrin AzMİU-da təhsil imkanları, hazırlıq proqramının təşkili, ixtisas seçimi və təhsilin davam etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Köksal Ayabakan illər sonra oğlunun da məhz məzunu olduğu universitetdə təhsil almaq qərarını böyük məmnunluqla qarşıladığını qeyd edib.
Bir məzunun 29 il sonra övladının təhsili üçün yenidən öz universitetinə müraciət etməsi AzMİU ilə məzunları arasında formalaşan davamlı əlaqələrin diqqətçəkən nümunəsidir.
Qeyd olunub ki, müxtəlif ölkələrdən tələbələrin universitetdə təhsil alması AzMİU-nun beynəlxalq akademik mühitinin genişlənməsinə, xarici tələbələr üçün yaradılan təhsil imkanlarının artırılmasına töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin