
324 nəfər prokurorluq orqanlarında işə qəbul üçün imtahan verəcək - DİM
Dövlət qulluğu və hüquq-mühafizə orqanlarına qəbul proseslərini, imtahan mexanizmlərini və kadr hazırlığı sahəsindəki addımları izləmək üçün direktor.az-a abunə olun. Rəsmi imtahan siyasəti, tədris və qiymətləndirmə standartları ilə bağlı ən aktual xəbərlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 9 oktyabr 2026-cı il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahanda iştirak etmək üçün 324 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda elektron formada keçiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login - xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10:00-da başlanır. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) https://dim.gov.az/CkImage/PROKURORLUQ%20%20ELEKTRON_yaddas%2010102025_1791350946.pdf ilə tanış olmaları zəruridir.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin