
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Təhsil müəssisələrində texnologiyaların tətbiqini, startap ekosistemini və maarif sistemindəki rəqəmsal dəyişiklikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil siyasəti, beynəlxalq əməkdaşlıqlar və tədris mühitindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Dima Əl-Yəhyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Görüş zamanı ölkəmizin bu il Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv olmasından sonra Elm və Təhsil Nazirliyi ilə təşkilat arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, təhsildə rəqəmsal transformasiya, innovasiya və startap ekosisteminin inkişafı sahələrində, eləcə də SABAH.city ilə birgə mümkün ortaq təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin