
ADAU-da “Araşdır, irəli get” adlı təlim keçirilib
Ali təhsil müəssisələrində gənclərin akademik potensialının artırılması, tələbə təşəbbüslərinin dəstəklənməsini izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı fəal tələbə layihələri, təlimlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatının təşəbbüsü və ADAU Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına həsr olunmuş “Araşdır, irəli get” adlı təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirdə ADAU-nun Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov çıxış edərək tələbələrə təhsil və gələcək karyera yolunda daim öz üzərlərində işləməyi, araşdırma aparmağı və yeni imkanlardan yararlanmağı tövsiyə edib. ADAU Kitabxana və İnformasiya Mərkəzinin direktoru Kamil Məmişov isə kitabxananın tələbələrin bilik və dünyagörüşünün inkişafındakı rolundan danışaraq onları mütaliəyə və etibarlı informasiya mənbələrindən istifadə etməyə çağırıb.
Daha sonra ADAU-nun lll kurs tələbəsi Hüseyn Cavadov tərəfindən mövzu ilə bağlı hazırlanmış təqdimat nümayiş etdirilib və araşdırmanın şəxsi inkişafda rolu haqqında fikirlər səsləndirilib. Tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin