
İdman Akademiyasının əməkdaşı Türkiyə universitetində səfərdə olub
Ali məktəblər arasında tələbə-müəllim mübadilə proqramları, beynəlxalq əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil sahəsindəki beynəlxalq akademik əlaqələr, səfərlər və rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşı Bənövşə Əliyeva 11-17 oktyabr tarixlərində Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Fırat Universitetində akademik səfərdə olub.
Direktor.az xəbər verir ki, səfər çərçivəsində Bənövşə Əliyeva Fırat Universitetinin prorektoru, professor Mahmut Doğru, Spor Bilimleri fakültəsinin dekanı, professor Eyyup Yıldırım, dekan müavini, dosent Abdullah Bingölbalı, Orhun Mübadilə Proqramının koordinatoru, doktor Süheyla Demirkol Orak, eləcə də universitetin professor-müəllim heyətinin digər nümayəndələri ilə görüşüb.
ASA-nın nümayəndəsi Fırat Universitetinin tələbələri üçün ixtisas istiqamətləri üzrə seminarlar keçirib, öz bilik və təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb. Seminarlarda müasir tədris yanaşmaları və praktiki təcrübə məsələləri diqqət mərkəzində olub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfər iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin