
Tibb Universitetinin əməkdaşları Cənubi Koreyada beynəlxalq elmi toplantıda iştirak ediblər
Ali təhsil müəssisələrimizin beynəlxalq elmi nailiyyətləri, akademik tədqiqatlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin qlobal elmi arenadakı təmsilçiliyi, yeni texnoloji çağırışlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev və kafedranın dosenti, tibb elmləri doktoru Elman Tağısoy Cənubi Koreyanın Seul şəhərində keçirilən beynəlxalq elmi toplantıda iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. N.Hacıyev E.Tağısoyun da həmmüəllifi olduğu “Creation of Next-Generation Intelligent Laboratories in Azerbaijan: Challenges and Development Prospects” (“Azərbaycanda yeni nəsil intellektual laboratoriyaların yaradılması: çağırışlar və inkişaf perspektivləri”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda müasir intellektual laboratoriyaların yaradılması, bu sahədə mövcud çağırışlar və inkişaf perspektivləri diqqətə çatdırılıb.
Professor, həmçinin, “The Importance of NLR and SIRI in Acute Cholecystitis” (“Kəskin xolesistitdə NLR və SIRI göstəricilərinin əhəmiyyəti”) adlı poster məruzə təqdim edib. Məruzədə kəskin xolesistitin qiymətləndirilməsində iltihabi göstəricilərin əhəmiyyəti ilə bağlı tədqiqat mövzusu önə çıxarılıb. ATU əməkdaşlarını beynəlxalq elmi toplantıda təqdim olunan mövzular Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – “Sağlamlıq və rifah” və 9-cu məqsəd – “Sənaye, innovasiya və infrastruktur” ilə uzlaşır. Belə ki, kəskin xolesistitin qiymətləndirilməsinə dair tədqiqat səhiyyə sahəsində elmi biliklərin inkişafı ilə, intellektual laboratoriyaların yaradılması mövzusu isə innovativ elmi infrastrukturun təşviqi ilə əlaqəlidir. Bu baxımdan, ATU-nun apardığı tədqiqatlar DİM-lərə öz töhfəsini verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin