
UNEC XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Ali təhsil müəssisələrimizin elmi-tədqiqat potensialı, ali məktəb kitabxanalarının rəqəmsallaşmasını izləmək üçün direktor.az-a abunə olun. Elmi-mədəni tədbirlər, sərgilər və sahə üzrə bütün rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinidə UNEC Kitabxana-İnformasiya Mərkəzi də təmsil olunur.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. UNEC üçün ayrılmış xüsusi stenddə universitetin professor-müəllim heyətinin müəllifi olduğu yeni elmi nəşrlər, dərsliklər, monoqrafiyalar və elmi jurnallar, həmçinin Mərkəzin təqdim etdiyi müasir elektron resurslar və rəqəmsal kitabxana imkanları nümayiş olunur.
Sərginin ilk günündə mədəniyyət naziri Adil Kərimli, insan hüquqları üzrə müvəkkil Səbinə Babayeva, Milli Məclisin deputatları Günay Əfəndiyev, Azay Quliyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, yazıçılar Sabir Rüstəmxanlı, Seyran Səxavət və Rəşad Məcid, eləcə də aparıcı ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və digər rəsmi şəxslər UNEC stendini ziyarət edərək təqdim olunan nəşrlərlə, Scopus bazasında indekslənən UNEC-in elmi jurnalları və elektron kitabxananın imkanları ilə yaxından tanış olublar.
Ziyarətçilərə UNEC-in elmi potensialı, kitabxana xidmətlərinin müasirləşdirilməsi, rəqəmsallaşma sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin