
ADNSU-nun müəllimlərinə yüksək məbləğdə pul mükafatı verilib
Ali təhsil müəssisələrində professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsini, pedaqoji fəaliyyətin stimullaşdırılmasına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi siyasəti, təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətindəki addımlar və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində müəllimlik peşəsinə həsr olunmuş film nümayiş etdirilib. Filmdə müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu, pedaqoji fəaliyyətin əhəmiyyəti, eləcə də Ümummilli Lider Heydər Əliyevin müəllimlik peşəsi və müəllim əməyinə dair fikirlərindən bəhs olunub.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Rektor çıxışında müəllimlik peşəsinin cəmiyyətin formalaşmasında və gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Rektor Rüfət Əzizov universitetdə müəllimlərin fəaliyyətinin yalnız tədrislə məhdudlaşmadığını, onların tələbələrin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərin və milli-mədəni irsin qorunmasında da mühüm rol oynadığını bildirib.
Rektor müəllimlərə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.
Tədbirdə cari tədris ilində əmək fəaliyyətində fərqlənən 20 müəllimə peşə bayramı münasibətilə 3 min manat, universitetin digər müəllimlərinə isə 200 manat məbləğində pul mükafatı verilib.
Tədbirin sonunda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdim etdiyi rəngarəng musiqi və rəqs proqramı nümayiş etdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin