
Tələbələr ilk dizayn işlərini müəllimlərinə həsr ediblər
Peşə təhsili müəssisələrində gənclərin yaradıcı potensialının üzə çıxarılması, tələbələrin ilk praktiki işləri və müəllim əməyinə göstərilən təşəbbüsləri məlumatları saytımızdan əldə edin. Ölkəmizdə peşə təhsilinin inkişafını, gənclərin əmək bazarına hazırlanması prosesini və təhsil ocaqlarında keçirilən tədbirləri izləmək üçün direktor.az-a abunə olun.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Qrafik dizayner” ixtisası üzrə təhsil alan I kurs tələbələri qrafik dizayn sahəsindəki ilk işlərini məhz bu əlamətdar günə həsr ediblər.
Direktor.az xəbər verir ki, onlar müəllimləri üçün xüsusi təbrik kartları hazırlayaraq pedaqoji heyətə və Mərkəz rəhbərliyinə təqdim ediblər. Bu təşəbbüs tələbələrin yalnız peşə bacarıqlarını deyil, həm də yaradıcılıqlarını, təşəbbüskarlıqlarını və müəllim əməyinə olan dərin hörmətlərini nümayiş etdirir.
Əziz müəllimlər, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin