
MDU-da fərqlənən müəllim heyəti təltif olunub
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirləf, professor-müəllim heyətinin təhsildə və insan kapitalının inkişafındakı rolu, eləcə də fərqlənən pedaqoqların təltif edilməsi barədə məlumatları saytımızdan əldə edin. Ali təhsil ocaqlarında pedaqoji fəaliyyətin stimullaşdırılmasını, müasir tədris mühitinin formalaşdırılmasını və gənc akademiklərin inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində təhsil və insan kapitalının inkişafında mühüm rol oynayan professor-müəllim heyətinin əməyinə həsr olunmuş tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Rektoru Anar Eminov universitetdə uzun illər pedaqoji fəaliyyət göstərən, tədris və elmi fəaliyyəti ilə fərqlənən, eləcə də gənc nəslin peşəkar inkişafına töhfə verən müəllimlərlə görüşüb. O bildirib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tədris mühitinin yaradılması və beynəlxalq standartlara uyğun modelin formalaşdırılması üçün həyata keçirilən tədbirlərdə professor-müəllim heyətinin rolu xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, universitetin inkişaf strategiyasında müxtəlif nəsilləri təmsil edən müəllimlərin təcrübəsinin qorunması ilə yanaşı, gənc akademiklərin inkişafının dəstəklənməsi prioritet istiqamətlərdəndir.
Tədbirin davamında universitetdə səmərəli fəaliyyəti ilə seçilən bir qrup müəllim Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Təltif olunanlar arasında uzun illərdir Mingəçevir Dövlət Universitetində çalışan təcrübəli müəllimlərlə yanaşı, gənc və peşəkar fəaliyyəti ilə fərqlənən əməkdaşlar da yer alıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin