
Qarabağ Universitetinin rektoru auditoriyalara daxil olaraq müəllimləri təbrik edib
İşğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan müasir ali təhsil ocağının inkişafını, yeni nəsil pedaqoqların hazırlıq prosesini və Qarabağda təhsil mühitinin canlanmasını izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi siyasəti, ölkəmizin təhsil sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin müxtəlif auditoriyalarına daxil olaraq müəllim və tələbələrlə görüşüb, onları əlamətdar gün münasibətilə təbrik edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Rektor müəllim əməyinin cəmiyyətin və gələcək nəsillərin formalaşmasında mühüm rol daşıdığını vurğulayıb.
O, gələcəkdə müəllim kimi fəaliyyət göstərəcək tələbələri də təbrik edərək onlara seçdikləri peşənin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini çatdırıb, gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Səmimi söhbət şəraitində keçən görüşlərdə tələbələr də öz növbəsində müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin