
ADNSU tələbələri üçün Qazaxıstanın universitetlərinə qeydiyyat elan olunub
ADNSU tələbələri üçün Qazaxıstanın aparıcı universitetlərində başlanan mübadilə proqramları və müraciət şərtləri haqqında mühüm xəbərlərdən anında xəbərdar olmaq üçün direktor.az- abunə olun. Beynəlxalq təhsil fürsətlərini, qeydiyyat tarixlərini və təhsil gündəmindəki mühüm yenilikləri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Qazaxıstanın aparıcı ali təhsil müəssisələrində mübadilə proqramlarına qeydiyyat başlayıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün Qazaxıstanın nüfuzlu təhsil ocaqlarında — Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev Universiteti və Almatı Menecment Universitetində 2026/2027-ci tədris ilinin payız semestri üzrə mübadilə proqramlarına qeydiyyat prosesinə start verilib.
Mübadilə proqramında əyani təhsil alan, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 81 və daha yüksək olan II və III kurs tələbələri iştirak edə bilərlər. Proqramda iştirak etmək istəyən namizədlər 14 sentyabr 2026-cı il saat 10:00-dək vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki:
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin