
UNEC-ə qəbul olanların diqqətinə - açıq qapı günü keçiriləcək
UNEC-də yeni qəbul olmuş tələbələr üçün keçiriləcək Oriyentasiya günü, universetin infrastrukturu, kitabxana və tələbə təşkilatları ilə tanışlıq imkanları haqqında mühüm xəbərlərdən anında xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Tələbə həyatı, rəsmi elanlar və təhsil gündəmindəki son inkişafları addım-addım izləmək üçün bildirişləri aktiv edin.
UNEC-də yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni qəbul olmuş tələbələr üçün sentyabrın 14-də, saat 11:00-dan 14:00-dək Oriyentasiya günü təşkil olunacaq. UNEC-in bütün tədris binalarında baş tutacaq bu tədbir çərçivəsində birinci kurs tələbələri universitetin infrastrukturu, auditoriyalar, kitabxana, tələbə təşkilatları və yaradılan digər imkanlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər. Tanıma prosesində yeni tələbələrə dekanlıq əməkdaşları, müəllimlər, tyutorlar, aktiv tələbə gənclər və könüllülər yaxından dəstək göstərəcəklər. Universitet rəhbərliyi və heyəti bütün yeni tələbələri Oriyentasiya günündə iştirak etməyə dəvət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin