
Əkizlər BDU-nu seçib
BDU-nu seçən əkiz bacılar Zəhra və Zeynəb Səfərlinin qəbul uğurları və ixtisas seçimindən anında xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki belə ilhamverici hekayələri, ali məktəblərə qəbul nəticələrini və mühüm yenilikləri qaçırmamaq üçün bildirişləri aktiv edin. .az abunə olun. Tələbə adını qazananların uğur yollarını, rəsmi elanları və təhsil gündəmindəki son xəbərləri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Ömrü boyu birgə addımlayan, eyni məktəbdə təhsil alıb illərlə eyni sırada əyləşən Zəhra və Zeynəb Səfərli bacıları uğur yolunu da birgə davam etdirirlər. Əkiz bacılar bu ildən etibarən Bakı Dövlət Universitetinin (BDU) tələbəsi adını qazanıblar.
Məktəb illərindən sonra ali təhsil üçün də BDU-nu seçən bacıların fakültə və ixtisasları isə fərqli olub:
Zəhra Səfərli: 420 bal toplayaraq Şərqşünaslıq fakültəsinin "Regionşünaslıq (Yaponiya üzrə)" ixtisasına yiyələnib.
Zeynəb Səfərli: 432 bal toplayaraq Filologiya fakültəsinin "Filologiya (Alman dili üzrə)" ixtisasına qəbul olub.
İllərdir çəkdikləri əməyin bəhrəsini görən bacılar BDU tələbəsi olmaqdan böyük fəxarət hissi duyduqlarını və arzularına çatdıqlarını bildiriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin