
ADNSU “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” yarışının finalında iştirak edib
Mühəndislik və energetika sahəsində gənc mütəxəssislərin hazırlanması, universitet-sənaye tərəfdaşlığını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil ocaqlarımızın tələbə və müəllim heyətinin uğurları, innovasiya yarışlarından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin nümayəndələri Xocavənd rayonunun Hadrut qəsəbəsində“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final turunda iştirak ediblər.
Direktor.az xəbər verir ki, fakültənin dekanı, dosent Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə 5 professor-müəllim heyəti üzvü və 6 tələbə daxil olub. Tələbələr universitetdə “Azərişıq” ASC-nin nümayəndələri tərəfindən keçirilən müsabiqənin nəticələrinəəsasən yarışın innovasiya mərhələsində iştirak etmək üçün seçiliblər.
Yarış energetiklərin peşə bilik və praktiki bacarıqlarının, eləcədə paylayıcı elektrik şəbəkələrinin rəqəmsallaşdırılmasına yönəlmiş innovativ layihələrin nümayişinə həsr olunub. ADNSU nümayəndələrinin yarışda iştirakı tələbələrin müasir sənaye yanaşmaları ilə tanışlığı, praktiki bilik və bacarıqlarının inkişafı, həmçinin universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin