
Tibb Universitetinin stendi Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Ali təhsil müəssisələrimizin elmi-mədəni tədbirlərdəki iştirakı, tədris imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin sərgilərdəki fəallığı, elmi-maarifləndirici layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan Azərbaycan Tibb Universitetinin (ATU) stendi abituriyentlərin, tələbələrin və digər ziyarətçilərin marağına səbəb olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sərginin birinci pavilyonunda yerləşən 106 nömrəli stenddə ziyarətçilərə universitetin kitabxanasının fəaliyyəti, təqdim olunan xidmətlər, elektron resurslardan istifadə imkanları, eləcə də elmi və tədris məlumatlarının əldə olunması yolları barədə ətraflı məlumat verilir. Müxtəlif kateqoriyalardan olan ziyarətçilərin sualları cavablandırılır, onların kitabxananın imkanları və informasiya resurslarından səmərəli istifadə yolları ilə tanış olmalarına şərait yaradılır.
Xüsusilə ali təhsil müəssisələrinə qəbul olunmağa hazırlaşan abituriyentlər üçün universitetin elmi və tədris resursları ilə tanışlıq gələcək təhsil seçimləri baxımından əhəmiyyət daşıyır. ATU-nun sərgidə iştirakı gənclər arasında mütaliə mədəniyyətinin təşviqinə, elmi biliklərə marağın artırılmasına və informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cüsü — Keyfiyyətli təhsil məqsədinin əsas istiqamətləri ilə uzlaşaraq biliklərin əlçatanlığının artırılmasına və ömürboyu öyrənmə imkanlarının təşviqinə töhfə verir.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin