
ADPU-da “Dil Müəllimləri” konfransı keçiriləcək
Təhsildə innovativ təlim strategiyalarının tətbiqi, ali təhsil müəssisələrində təşkil olunan forumları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, müasir pedaqoji tendensiyalar və təhsik sistemində keçirilən layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Pedaqoji Universitetində "Sammit 2026: Dil Müəllimləri" konfransı təşkil olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirin rəsmi açılış mərasimində universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova geniş nitqlə çıxış edəcək. Müasir dövrdə dil tədrisinin metodikası, sahə üzrə yeniliklər və pedaqoqların peşəkar inkişaf perspektivlərini bir araya gətirən forum 28 noyabr tarixində ADPU-nun əsas binasında baş tutacaq. Saat 10:00-dan 14:30-dək davam edəcək proqram çərçivəsində sahə üzrə mütəxəssislərin, tədqiqatçıların və müəllimlərin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin