
Şəki-Zaqatalada 4557 uşaq məktəbəhazırlıq qruplarına başlayıb
Regionlarda məktəbəhazırlıq qruplarında dərslərə başlanılması, tədris olunan fənlər və qeydiyyat göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. Regional təhsil idarəçiliyi, ümumi təhsil müəssisələrində tədrisin təşkilindən xəbərdar olmaq üçün bizi izləyin.
2026–2027-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 293-də 331 məktəbəhazırlıq qrupu yaradılıb və bu qruplara 4517 uşaq cəlb olunub.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Belə ki, oktyabrın 1-dən etibarən Şəki rayonu üzrə 1256, Zaqatala rayonu üzrə 1123, Qəbələ rayonu üzrə 921, Balakən rayonu üzrə 661, Qax rayonu üzrə 331, Oğuz rayonu üzrə isə 265 uşaq olmaqla, ümumilikdə 4557 uşaq məktəbəhazırlıq qruplarında məşğələlərə başlayıb.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin