
Mərkəzi Aran RTİ-də direktorlarla görüş keçirilib
Ümumi təhsil müəssisələrində innovativ tədris mexanizmlərinin tətbiqini, pedaqoji mühitin inkişafını və metodiki xidmətin təkmilləşdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, regional təhsil siyasətindən xəbərdar olmaq üçün bizi izləyin.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və “Müasir metodist” fəaliyyəti tətbiq olunan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüş zamanı məktəblərdə metodik xidmətin təşkili, müasir pedaqoji mühitin formalaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində müzakirələr aparılıb.
Həmçinin məktəb rəhbərlərinin “Müasir metodist” fəaliyyəti çərçivəsində həyata keçirilən işlərlə bağlı fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr və fəaliyyətin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin