
32 müəllim ixtisasartırma təlimlərini uğurla başa vurub
Peşə təhsili müəssisələrində tədris prosesi, pedaqoji heyətin rəqəmsal bacarıqlarının gücləndirilməsi layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Cari il ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimləri keçirib.
Direktor.az xəbər verir ki, bu barədə agentliydən bildirilib. Paytaxtda təşkil olunan proqram çərçivəsində müəllimlərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılması hədəflənir. Təlimlər “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı”, “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüterlərin təmiri və xidməti üzrə texnik”, “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator”, “Kompüter sistem inzibatçısı” ixtisaslarını əhatə edib.
Təlim müddətində iştirakçılara nəzəri və praktiki biliklərin inteqrasiyasına əsaslanan dinamik öyrənmə mühiti təqdim olunub.
Proqramın əsas məqsədi beynəlxalq təcrübələrə əsaslanaraq iş yerində öyrənmə prosesini inkişaf etdirmək, eləcə də təhsilverənlərin peşəkar bilik və praktiki bacarıqlarını müasir standartlara uyğunlaşdırmaqdır.
Təlim zamanı iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə yeni yanaşmaları yaxından mənimsəyiblər.
Proqramın yekununda təlimləri uğurla başa vuran 32 iştirakçı müvafiq sertifikatlarla təltif olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin