
Mil-Muğanda 4 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Regionlarda məktəbəhazırlıq qruplarında dərslərə başlanılması, tədris olunan fənlər və qeydiyyat göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. Regional təhsil idarəçiliyi, ümumi təhsil müəssisələrində tədrisin təşkilindən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 4045 uşaq qeydiyyatdan keçib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin