
17 622 uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib
Məktəbəqədər və ibtidai təhsil mərhələsində uşaqların intellektual inkişafını, tədris prosesinin təşkilini və təhsil idarələrinin rəsmi qərarlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, məktəblərdə tədrisin təşkili və maarif sistemində keçirilən layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Direktor.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Belə ki, 2026-2027-ci tədris ilində idarənin tabeliyindəki 296 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 17 622 uşaq qeydiyyatdan keçib.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin