
ADU tələbələri Bakı memarlığına həsr olunan foto sərgi təşkil ediblər
Tələbələrin təşəbbüsü ilə həyata keçirilən yaradıcı layihələri, mədəni tədbirləri izləmək üçün direktor.az-ı izləyin. Gənclərin intellektual inkişafına və beynəlxalq əməkdaşlığa xidmət edən təşəbbüslərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun.
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisası tələbələri İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Gülnarə Çingiz qızı Hacıyevanın rəhbərliyi ilə “Şərq və Qərb memarlığının sintezi: Bakının tarixi binalarının ingilis dilində təbliğatı” mövzusunda foto sərgi təşkil ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Foto sərgidə Bakının tarixi, mədəniyyəti və memarlığı ilə seçilən müxtəlif məkanları haqqında ingilis dilində maraqlı məlumatlar təqdim olunub, şəhərimizin gözəllikləri fotoşəkillər vasitəsilə nümayiş etdirilib.
Tədbir tələbələrin, eləcə də qonaqların Bakı şəhərinin zəngin mədəni irsi ilə daha yaxından tanış olmaları və maariflənmələri baxımından maraqlı və yaddaqalan olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

