
Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir
Elektron portal vasitəsilə həyata keçirilən məktəb seçimi və qəbul qaydaları ilə bağlı ən son rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin. Təhsil həyatındakı bütün vacib elanları, qeydiyyat xəbərləri üçün direktor.az-a abunə olun.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026–2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, valideynlər yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

