
Ağstafada IV siniflər üzrə monitorinq keçirilib
Təhsil monitorinqlərini, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı keyfiyyət qiymətləndirmələri, təhlil nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Ağstafa rayonu üzrə təhsil sektoru tərəfindən IV siniflərdə keçirilmiş monitorinqin nəticələri məktəb direktorlarının və IV siniflərdə dərs deyən müəllimlərin iştirakı ilə müzakirə edilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Görüş zamanı monitorinqin nəticələri təhlil olunub, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında müəyyən edilmiş mövcud problemlər, onların yaranma səbəbləri və aradan qaldırılması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Müzakirələrdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik səviyyəsində aşkar olunan boşluqların aradan qaldırılması, təlim prosesində səmərəliliyin artırılması və qarşıya qoyulan hədəflərə nail olunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Əsas məqsəd monitorinq nəticələrindən düzgün nəticə çıxarmaq, mövcud çətinliklərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmək və təhsilin keyfiyyətini davamlı şəkildə yüksəltməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

