
Şəki-Zaqatala məktəblərində tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə vakansiya elan edilib
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Direktor.az xəbər verir ki, müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları, müvafiq vəzifə üzrə səriştələri, idarəetmə, pedaqoji və kommunikasiya bacarıqları, təşkilatçılıq qabiliyyətləri, situativ məsələlərə yanaşması, qərarvermə və problem həll etmə bacarıqları qiymətləndirilir.
Qeyd edək ki, namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq ardıcıl şəkildə müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
